Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Müxtəlif hərbi geyimlər” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Mega Textil” MMC olub.
Qalib şirkətə 177 655 manat ödəniləcək.
Bu qiymətə 100 ədəd zeytun rəngli yay kiteli (kəmərciklərlə) və şalvar, 640 ədəd zeytun rəngli plaş (paqonlarla), 170 ədəd ağ rəngli uzunqol köynək (paqonlarla) və 370 ədəd idman kostyumu (gödəkçə və şalvar) daxildir.