Minatəmizləmə Agentliyi “Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu avtomobil alır – TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “Azərmaş Group” MMC olub.
Şirkətlə 3 605 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən qurum 70 ədəd yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitəsi satın alacaq.