Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib
FED.az xəbər verir ki, «Körpü-Bina-Tikinti» MMC (VÖEN: 3100026151) qalib olub.
Şirkətlə 8 560 615 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması nəzərdə tutulur.
«Körpü-Bina-Tikinti» MMC daha öncə MİDA MMC ilə 10 745 445 manat dəyərindəki "2-ci elan. Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" tenderi üzrə müqavilə bağlayıb (08.06.2023).
Xatırldaq ki, «Körpü-Bina-Tikinti» MMC 17.09.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 000 manatdır.Qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı Az1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd rəcəbli 2, ev 1-də yerləşir.