Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Ağdam şəhərinin 5 nömrəli yaşayış massivində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin görülməsi və avadanlıqların alınması üzrə müqavilə bağlanıb.
Satınalmanın qalibi “Diler İnşaat” QSC olub.
Müqavilənin dəyəri 31 milyon 934 min 173,84 manat təşkil edir.










