FED.az xəbər verir ki. tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər.
Eləcə də bax:Gömrük Komitəsi seyf və turniket alır - TENDER
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, iddiaçının maliyyə və texniki imkanları, istehsalçı və ya onun rəsmi distribyuterinin olması, anoloji müqavilələrin icrasına dair təcrübəsi, təklifin texniki tələblərə uyğunluğu, texniki xidmətlərin göstərilməsi, istismara verilən zəmanət müddəti. Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Binəqədi rayonu 3123-cü məhəllə, Binəqədi şosesi 202 (əlaqələndirici şəxs: Gülsüm İsmayılova, Telefon: (+99412) 5656118, daxili 255) ünvanından ala bilərlər.Hesab: AZ38CTRE0000000000000451 8570 VÖEN: 1700760271 Bank: DXA Filialın kodu: 210005 VÖEN: 1401555071 SWİFT: CTREAZ22 M/h: AZ41NABZ01360100000000003944 Büdcə səviyyə kodu: 7 Büdcə təsnifat kodu: 142340. Malgödərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
1. Tenderdə iştirak etmək üçün yazılı ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 60 (altmış) bank günü çox olmalıdır);
5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir: - İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı; - İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Malgöndərənlər (podratçılar) 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 18 iyun 2019-cu il saat 10.00-a, 3 və 4-cü bəndlərdə göstərilən sənədləri 27 iyun 2019-cu il, saat 10.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 28 iyun 2019-cu il tarixində saat 15.00- da Bakı şəhəri, Binəqədi şosesi 202, Dövlət Miqrasiya Xidmətinin inzibati binası ünvanında açılacaqdır. Tender Komissiyası.