Dövlət Gömrük Komitəsi Açıq Tenderə dəvət edir.
FED.az-ın məlumatına görə Lot 1: Komitənin inzibati binasında, Əməliyyat İstintaq Baş İdarəsində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində istismar edilməsi üçün turniket avadanlıqlarının alınması və onların quraşdırılması;
Lot 2: Dövlət Gömrük Komitəsinin Aparatı və gömrük orqanları tərəfindən istifadə ediləcək seyflərin alınması;
Lot 3: Bayraqların və bayraq dirəklərinin alınması; Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, AZ1073, İnşaatçılar prospekti 2 (əlaqələndirici şəxs: Pərviz Fətullayev tel.: 012-404-22- 00 daxili (daxili 0258) ünvanından ala bilərlər.
Eləcə də bax : Miqrasiya Xidmətində təmir işləri - TENDER ELANI
İştirak haqqı: Lot 1: 50 (əlli) manat Lot 2: 50 (əlli) manat Lot 3: 50 (əlli) manat Bank rekvizitləri: HESAB: AZ47CTRE00000000000002248414 VÖEN: 1300049571 Bank: Dövlət Xəzinədarlığı Agentliyi KODU: 210005 MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22 BÜDCƏ TƏSNİFATININ KODU: 142317; BÜDCƏ SƏVİYYƏSİNİN KODU: 3; İstirak haqqı heç bir halda qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər. (tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, iddiaçının potensial kadr imkanları və maddi-texniki bazasaı haqqında yazılı məlumat).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2019-cu il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 iyun 2019-cu il saat 17:00 tarixinə qədər Bakı şəhəri, AZ1073, İnşaatçılar prospekti, 2 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 iyun 2019-cu il saat 11:00 tarixində Bakı şəhəri, AZ1073, İnşaatçılar prospekti 2 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.
Gömrük Komitəsi seyf və turniket alır - TENDER
10:10
10 May 2019