“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - deyə o əlavə edib.