Qərib uçan albatroslar məlum olduğu kimi 16000 kilometrdən çox məsafəyə uçan quşlardır. Onların uçuş məsafəsi eniş etmədən bir dəfəyə Nyu York şəhərindən Avstraliyanın Sidney şəhərinə qədər müşahidə edilmişdir. Laysan Albatrosu və Cızıqlı Şervaterlə yanaşı dənizquşları da okean üzərindəki külək sürətinin xəritəsini çəkmək üçün elmi-tədqiqat araşdırmalarının aparılmasından ötrü ideal namizədlərdir. Alimlər Havay Adaları, Yaponiya və Hindistanda quş balalama bölgələrinə səyahət etmiş, 19 müxtəlif quşa quş yuvalarında GPS izləmə cihazları bağlayıb sərbəst buraxmışlar və nəhayət 500 saatdan çox uçuş vaxtı qeyd etmişlər. Quşların yer üzərində və su üzərində uçuş sürətini müqayisə etməklə alimlər yekun nəticəyə gəldilər ki, onlar dəniz quşlarının uçdugu yerdə küləyin sürətini dəqiqliklə hesablaya bilərlər və quşların hara uçduğunu müəyyən edə bilərlər. Nəticəni şamandıralar və GPS izləmə cihazları tərəfindən toplanmış mövcud məlumatlar ilə bir araya gətirərək Milli Elmlər Akademiyasının proseslər üzrə hesabatında təsdiqləmiş və üzə çıxarmışlar. Bu şəkildə dəniz quşlarını istifadə edərək okeanda dalgaların arasında külək sürətinin nə qədər güclü və ya zəif olduğunu daha ətraflı şəkildə göstərmək olar. Şamandıra və hava stansiyaları ilə bəzi bölgələrdə okeandakı külək sürəti ölçülmüşdü, lakin bunu səmərəli şəkildə həyata keçirmək və dənizquşunun uçduğu məsafə qədər ərazini əhatə etmək üçün çoxlu pul və işçi qüvvəsi tələb olunur. Quşlar artıq öz marşrutları üzrə uçduğuna görə bahalı külək ölçən alətlərin quraşdırılması və saxlanılması üçün xərc çəkməyə heç bir ehtiyac yoxdur. Külək sürətinin dəyişməsini müşahidə edərkən aydın olur ki, Yerin atmosferi ilə okeanlar necə qarşılıqlı təsirdə olur və bu da hava proqnozunun dəqiqliyini təkmilləşdirir. Beləliklə, gələn dəfə doğru verilən yağış proqnozuna görə çətirinizi özünüzlə götürdükdə bunun üçün uçan albatrosa təşəkkür etməyi unutmayın.
Mənbə: www.sciencemag.org
Mənbə: www.sciencemag.org