Son illər yeni peşələrin ortaya çıxması və bu peşələrə kurslar vasitəsilə yiyələnməyin mümkün olması əmək bazarını sürətlə dəyişir.
Nəticədə indi bəzi peşələrdə nəinki ali təhsil biliklərindən istifadə lazım olmur, hətta bununla bağlı vakansiyalarda da ali təhsil tələbi qoyulmur.
Sənaye parkının Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir - İXTİSASLAR
«HeadHunter»in məlumatına görə, bu marketinq, reklam, PR işləri, eləcə də əyləncə və İT sektora aid peşələrə aiddir.
«HeadHunter» şirkətinin 2021-ci ilin ilk yarısı ilə bağlı hesabatında bildirilir ki, artıq işəgötürənlər kurslarda, təkmilləşdirmə proqramlarında və mini-MBA kurslarında əldə edilən bilən peşələrə görə ali təhsil tələb etmirlər.
Belə ki, İT vakansiyalarında ali təhsil tələbi hər 4 vakansiyadan birində rast gəlinir.
Marketinq, reklam və PR işində hər 5 vakansiyadan birində, əyləncə və incəsənətdə isə hər 6 vakansiyadan birində ali təhsil tələb edilir.
Vakansiyaların araşdırılması göstərir ki, ali təhsil tələbi hüquqşünas vakansiyalarında 685, elm və təhsildə 53%, yüksək menecmentdə 49% və xammal hasilatında 46% rast gəlinir.
Hazırda elə onlayn kurslar və şirkətlər var ki, iri şirkətlər onların verdiyi biliklərə ali təhsil qədər etibar edirlər.
«Son illər qısamüddətli kurslara və mütəxəssiçlərin hazırlanmasına tələbat kəskin artıb və bu proses davam edəcək»-deyə Rusiyanın Lectera.com şirkətinin rəhbəri Mila Semeşkina bildirir.
«Bu onunla əlaqədardır ki, getdikcə daha az abituriyent gələcəyini yalnız ali təhsildə görür. Diplom – artıq sürətli karyera üçün, bəzən hətta işə düxəlmək üçün də qarant sayılmır. Biznesə diplom deyil, praktiki vərdişlər və peşəkarlar lazımdır».
Qısamüddətli kurslar, xüsusilə də onlayn kurslar – yeni və əlverişli formatdır. Bu üsul bazarda tələbat olan peşəərə aid istənilən vərdişləri qısa müddətdə və ucuz formada almağa imkan verir. Üstəlik kursun iştirakçısı dərhal da bu bilikləri praktikada tətbiq etməyə və qazanmağa başlayır.
Peşə hazırlığı üzrə qüsamüddətli proqramlar peşəyə başlamaq üçün yaxşı imkandır. Ekspertlər bildirir ki, məsələn, SMM, kopiraytinq və ya layihə menecmenti kurslarını bitirən tələbələr kiçik vəzifələrə iddia edə bilərlər.
Amma onlar xəbərdarlıq edirlər ki, bu heç də bütün peşələrə aid deyil. Üstəlik, namizəd peşəsini ümumiyyətlə dəyişirsə, yeni peşəyə ən aşağı səviyyədən başlamalı olacaq.
Mütəxəssislərin fikrincə, ekspress təhsil (yəni qısamüddətli kurslar) iki halda namizədə dahi çox kömək edə bilər. Bunlar eyni şirkətin daxilində karyerə irəliləyişi və daha yüksək vəzifəyə vakansiya axtarışıdır.
«Şirkətlər özləri də işçilərini keyfiyyətlə kurslara göndərməyə həvəsli olurlar ki, onların peşə qabiliyyətləri yüksəlsin».
Ekspress-kurslar xüsusilə bölgələrdə yaşayan insanların perspektivləri artıra bilər. Bölgələrdə boş iş yerləri daha az olduğuna görə, kursa gedən işçilər məsafədən iş tapa bilərlər.
Nəhayət, qüsamüddətli kursların olması və onların sürətlə mütəxəssis hazırlaması əmək bazarına yeni, nisbətən hazırlıqlı işçi qüvvəsinin axınına imkan verir bu da bazarda əmək haqlarını sabitləşdirir.