Təhsil və elm

"Nüvə texnologiyaları sahəsində kadrlar hazırlanır" - NAZİR

"Nüvə texnologiyaları sahəsində kadrlar hazırlanır" - NAZİR | FED.az
09:03 26 Noy 2018

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Moskva şəhərində "ROSATOM" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb.

Görüş zamanı respublikamızda nüvə elmləri, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi müzakirə olunub.

Eləcə də bax: Xaricdən gələn tələbələr təhsilimizdən nə qazanır, nə itirir?

R.Quluzadə Azərbaycanda 2014-cü ildən etibarən  nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsində yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi istiqamətində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyət göstərdiyini bildirib.

O, hazırda ölkəmizdə  yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına və tədqiqatların genişləndirilməsinə xüsusi diqqət ayrıldığını, aparıcı ali təhsil müəssisələrində bu sahə üzrə kadrların hazırlanmasına başlanıldığını qeyd edib.

Nazir Müstəqil  Dövlətlər  Birliyinin  Atom  Enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyada Azərbaycan Respublikasının da  təmsil olunduğunu xatırladıb.

Eyni zamanda nazir bildirib ki, bu gün milli kadrlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi-texniki proqramlar üzrə təcrübə mübadiləsi aparır və birgə tədqiqatlarda iştirak edir.

Görüşdə inkişaf etmiş nüvə ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında  fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, “ROSATOM” Rusiya Federasiyasının atom energetikası, Atom Elektrik stansiyalarının tikintisi, layihələndirmə, həmçinin müxtəlif innovativ  nüvə məhsulları, superkompüterlərin istehsalı, eləcə də, proqram təminatı sahəsində elmi araşdırmalar üzrə ən nəhəng qurumudur.  Korporasiya 2017-ci ilin yekunlarına üzrə, uran ehtiyatlarına görə dünyada 2-ci yeri, hasilatın həcminə görə isə 4-cü yeri tutur. Dünyada nüvə yanacağı bazarının 17%-ni təmin edir.

Digər xəbərlər