“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib.
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Beləliklə, magistratura təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə Təhsildə sosial-psixoloji xidmət və Pedaqogika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Filologiya və Fəlsəfə, Tərcümə, Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq, Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, Muzeyşünaslıq, arxiv və abidələrin qorunması ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 3000 manat, Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2650 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası, Kinoşünaslıq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Riyaziyyat, Mexanika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya, Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1480 manat, Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi, Maşın mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi və Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Uçuş mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi, Mexanika mühəndisliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Biotibbi texnika mühəndisliyi, Ekologiya mühəndisliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kosmik texnika və texnologiyalar mühəndisliyi, Silah və silah sistemlərinin istehsal texnologiyası, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, İnformasiya təhlükəsizliyi və Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexniklik, Baytarlıq, Yer quruluşu, torpaq və şəhər kadastrı, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik, Su bioehtiyatları və akvabitkilər, Turizm və otelçilik və Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2470 manat təsdiqlənib.
Eyni zamanda Sosial iş ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2170 manat, Sənətşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1700 manat, Aktyor sənəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat, Dekorativ sənət ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat, Rejissorluq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2600 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1920 manat, Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat müəyyənləşib. Magistraturada və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat olub.
Beləliklə, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib. Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi olub.
Bədən tərbiyəsi və idman ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1670 manatdan manatdan 2000 manata qaldırılıb. Eyni zamanda magistratura səviyyəsinə yeni 3 ixtisas əlavə edilib və həmin ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiqlənib. Beləliklə, yeni əlavə edilən Dövlət və ictimai münasibətlər ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Davamlı inkişafın idarə edilməsi ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Xüsusi təyinatlı texnika və sistemlər və İnformasiya təhlil fəaliyyəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat təsdiqlənib.