Camal Tağıyevdən uşaqların biznes və həyatda uğurlu olmaları üçün 9 məsləhət.
Biznes sahəsinin olduqca görkəmli nümayəndəsi olan Camal Tağıyev uşaqların kiçik yaşlarından biznes qaydalarını öyrənməklərinin tərəfindədir - nahar puluna səhmləri almaqla yox, uğurlu biznesi idarə etmək üçün zəruri olan xüsusiyyətləri onlarda formalaşdırmaqla. “9 və 10 yaşlarında olan uşaqlar maliyyə və uğurlu biznesin necə aparılmasının sadə prinsiplərini öyrənməklə bu bilikləri həm də öz həyatlarında tətbiq edə bilərlər. Bu xarakterdə olan vərdişləri özlərində tərbiyə etməklə onlar nəinki iş həyatlarında, həm də öz ailə həyatlarında da xoşbəxtliyə nail ola bilərlər”-deyə Tağıyev bildirmişdir.
Öz fikirlərini o, həmkarları ilə birgə “Məxfi milyonerlər klubu” kitabında irəli sürmüşdür. Onun gənc yaşlarda uğurlu biznesmenə xas xüsusiyyətləri tərbiyə etmək sahəsində verdiyi məsləhətlər isə aşağıdakılardır:
1.Öz istəyinizi bildirməkdən çəkinməyin.
Əgər biznesini qurmaq üçün nəyəsə ehtiyacınız varsa-ləvazimatlar, məkan, məsləhət-bunu bildirmək üçün insanlarla danışmaqdan çəkinməyin. Müxtəlif insanlarda sizə lazım olanlar ola bilər-bəziləri bu sahədə bilikli ola bilər, bəzilərində isə özlərinin istifadə etmədiyi, amma sizə lazım olan ləvazimatlar ola bilər. Gözləməyin ki, istədiyinizi dərhal alacaqsınız. Bir çox uğurlu biznesmenlər istədiklərini dərhal almamışlar. Lakin istədiyinizi bildirmək olduqca önəmlidir.
2. Müştərinin ehtiyaclarının nə olduğunu əvvəlcədən anlamaq üçün əlinizdən gələni edin.
“Əgər sizin xidmətiniz mükəmməldirsə, siz özünüz də müştəri üçün mükəmməl olacaqsınız”-deyə Camal kitabında buyurur. Ona görə müştərilərinizi dinləyin. Əgər, məsələn, siz qar təmizləmə biznesi ilə məşğulsunuzsa, hava haqqında məlumatla maraqlanın. Qar yağma ehtimalı böyükdürsə, müştərilərinizin ayağı qara batmazdan öncə planlar qurun.
3. Kiçik biznesdən başlayın.
Böyük işlər görmək əladır, lakin iri biznesə sahib olmazdan əvvəl sizin əvvəl kiçik məbləğdə olan pula ehtiyacınız ola bilər. Siz əvvəl qurduğunuz kiçik biznesdən iri biznes barədə çox şey öyrənəcəksiniz və beləliklə, daha böyük addımlar üçün hazırlıqlı olacaqsınız. İrimiqyaslı landşaftın yaşıllaşdırılması işi ilə məşğul olmaq arzusundasınızsa, əvvəl bir neçə kiçik bağ yaradın.
4. Məşğul olduğunuz sahədə lazımi bütün bacarıqlara malik deyilsinizsə, bu, böyük bir problem deyil.
Bu barədə narahat olmayın, sadəcə onları həll etməyə çalışın-kitablar oxuyun, suallar verin. “Nə qədər çox öyrənəcəksiniz, bir o qədər çox qazanacaqsınız”-deyə Camal bildirmişdir.
5. “Uğursuzluq aşağı enmək deyil, aşağıda qalmaqdır”.
Biznesə başlamaq asan iş deyil. Bu yolda çox gözləmədiyiniz problemlər və maneələrlə üzləşəcəksiniz. Onları həll etmək üçün kreativ yolları düşünün-yeni məkan axtarın, satışları artırmaq üçün məhsulda dəyişiklik edin, inkişaf üçün yollar açın.
6. Vicdanlı və ədalətli olun.
Şəxsiyyətdəki düzgünlük həm iş, həm də şəxsi həyatda önəmlidir. Güvənli olun. Səhv etmisinizsə, üzr istəyin və onu həll etməyə çalışın. Əgər siz xoş xasiyyətli insansınızsa, sizinlə daha çox vaxt keçirmək istəyəcəklər və bu müştərilər,həmkarlarla da belədir. “Pis insanla yaxşı bir iş görə bilməzsən”-deyə Baffet buyurmuşdur.
7. Ətrafda olanlara verməyi bacarın.
Biznes təkcə pul qazanmaq deyil. Bu, ətrafınızdakı dünyanı yaxşılaşdırmaq üçün bir yoldur. Dünyada görülə biləcək saysız-hesabsız yaxşı işlər var. Yaşadığınız cəmiyyətin ehtiyaclarını öyrənməyə çalışın və pulunuz və vaxtınızı yaxşı işlərə sərf etməyi öyrənin.
8. Sizə rəhbərlik edə biləcək bir insanı işə cəlb edin.
Rəhbər sizin irəlilədiyiniz yolda artıq təcrübəli ola bilər və yaxud da ki, bir çətin məsələ üzərində birgə çalışıb həll yolu tapa bilərsiniz. Bəzən sadəcə olaraq keçdiyiniz yolu sizinlə keçən bir insanın olduğunu düşünmək özü artıq məsələyə daha rahat yanaşmağa kömək edir.
9. “Sərf etdiyinizdən qalanı saxlamayın, saxladığınızdan qalanı sərf edin”.
Camal inanır ki, uşağa kiçik yaşlardan qoruyub saxlamaq vərdişini aşılamaq olduqca önəmlidir. Bu xüsusiyyətə kiçik yaşlardan malik olan insan bundan bütün həyatı boyu yararlanacaq və bu da onu gələcəkdə xoş olmayan situasiyalarla üzləşməkdən qoruya bilər.
İlin Adamı: Camal Tağıyev
16:52
19 İyul 2016