Xaricdə təhsil alan azərbaycanlılar üçün önəmli məsələlərdən biri də xarici kvalifikasiyaların, yəni həmin şəxsin xaricdə əldə etdiyi təhsil sənədlərinin (diplom, attestat, sertifikat və s.) başqa ölkənin (əsasən də işləmək üçün qayıtdığı öz ölkəsinin) milli təhsil sistemi çərçivəsində rəsmi olaraq tanınmasıdır.
FED.az xəbər verir ki, cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 2 min 138 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 1780 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Digər 358 müraciət üzrə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə Respublikası (644), Rusiya Federasiyası (522), Ukrayna (407), Birləşmiş Krallıq (108), Gürcüstan (101).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İstanbul Universiteti (65), Xarkov Milli Daxili İşlər Universiteti (37), Tbilisi Humanitar Tədris Universiteti (34), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (32), Ukrayna Milli Mülki Müdafiə Universiteti (30).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment (Modern)