Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.
Deputat: "Əmək bazarında magistr təhsili alan şəxslə magistr olmayan şəxslərə heç bir fərq qoyulmur"
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:
“Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. “Jurnalistika” ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.
***
BDU-dan dördgünlük sistemə keçid edən ixtisasların tam siyahısı verilməsə də, əksər fakültələrin bu rejimdə fəaliyyət göstərəcəyi qeyd edilib.