SOCAR-ın Bakı Ali Neft Məktəbinin “Montyorlar” komandası İtaliyada keçiriləcək Qlobal Finalda ölkəmizi təmsil etmək hüququ qazanıb.
FED.az xəbər verir ki, tələbələrimiz Azərbaycanda ilk dəfə keçirilən EESTech Challenge’25 – “Electrical Circuits for Industry 4.0” mövzusunda beynəlxalq texnologiya müsabiqəsinin qalibi olublar.
Qaliblər - Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri:
• Pünhan Qulubəyli
• Rəsul Əhmədov
• Kazım Məmmədli
Komandanın mentoru: İnformasiya texnologiyaları kafedrasının baş müəllimi İlkin Balazadə.
Müsabiqə EESTEC JLC Baku və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “STEAM Azerbaijan” layihəsinin birgə təşkilatçılığı, INNOLAND və Bir Könüllü Tələbə Təşkilatının tərəfdaşlığı ilə keçirilib.
Bu müsabiqə texnologiya, elektronika və sənaye 4.0 sahələrinə marağı olan tələbələrə bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.