15,250.00 AZN qazandılar!
FED.az xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən VI qrant müsabiqəsinin qalib olublar.
Layihənin rəhbəri Xəyalə Miriyeva və Fatimə Nəsirovanın birgə hazırladığı layihə “Təhsil, elm və tədqiqat vasitəsilə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək” qrantı çərçivəsində 15,250.00 AZN məbləğində maliyyə dəstəyi qazanıb.
Layihə tullantı qida yağlarını iki mərhələli sintez prosesi ilə ekoloji cəhətdən təmiz və sağlam təmizləyici materiallara çevirir. Bu innovativ yanaşma kimyəvi maddələrin istifadəsinin azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verərək, davamlı və ekoloji təmiz məhsulların istehsalına imkan yaradır.
Layihənin elmi rəhbəri, İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir.
https://smb.gov.az/az/nav/qrant
Tələbələrimizi təbrik edir, qürur duyuruq!