Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan «Bakı Avrasiya Universiteti»nin iqtisadi vəziyyəti məlum olub.
Xaricdə təhsil alacaq hər tələbə üçün illik xərc 51 min manat - PROQNOZLAŞDIRILIB
FED.az xəbər verir ki, universitetin 2021-ci ilin soruna açıqladığı illik hesabatına görə, ötən il qurumun ümumilikdə 4 milyon 741,2 min manat gəlr əldə edib.
Bu məbləğin 3 milyon 477,2 min manatını əsas əməliyyat gəlirləri təşkil edib. Əsas əməliyyat gəlirləri dedikdə – universitetin təhsil haqqından əldə etdiyi vəsait nəzərdə tutulur.
Bundan başqa, «Bakı Avrasiya» universiteti 2021-ci ildə əmlakın icarəyə verilməsindən 540 min manat əldə edib. Daha 723 min manat isə digər gəlirlər kimi əldə edilib.
Xərclərə gəlincə isə, 2021-ci il ərzində «Bakı Avrasiya Universeti»nin ümumi xərcləri isə 2 milyon 681,8 min manat olub.
Hesabatdan məlum olur ki, ötən il «Bakı Avrasiya Universiteti»ndə müəllim-professor heyətinə və digər əməkdaşlara ümumilikə 1 milyon 481 min manat əmək haqqı ödənilib. Daha 255 min manat isə bu maaşlara görə sosial sığorta və işsizlik fondunun ödənişlərinə sərf edilib.
Ötən il Universitet ümumilikdə 65 min manata yaxın kommunal ödənişlər edib.
Bank xidməti və faiz xərclərinə isə 88,7 min manat xərclənib.
2021-ci ildə Bakı Avrasiya Universitetinin digər əsas xərcləri sair xərclər - 486,1 min manat və əsas vəsaitlərin amortazasityası olub – 235 min manat.
Digər kiçik xərcləri də çıxdıqda 2021-ci ilin yekununda «Bakı Avrasiya Universiteti»nin maliyyə nəticəsi – yəni gəlir və xərcləri arasındakı fərq 2 milyon 59 min manat təşkil edib.
Maraqlıdır ki, «Mac and Smith Azerbaijan» MMC aidit şirkətinin hazırladığı və şirkətin direktoru Anar Bayramovun təsdiqlədiyi maliyyə hesabatında Universitetin xalis mənfəəti açıqlanmayıb. Amma hesabatdakı digər rəqəmlərdən mənəfəət vergisinin təqribən 436 min manat olduğu görunur.
Nəticədə universitet 2021-ci ili 1 milyon 622 min manat xalis mənfəətlə tamamlayıb. Qeyd edək ki, 2020-ci ildə də universitetin xalis mənfəəti təqribən bu qədər olub – 1 milyon 687 min manat.
Maliyyə vəziyyəti haqqında hesabatdan məlum olur ki, 2021-ci ilin sonuna Bakı Avrasiya Universitetinin cəmi aktivləri 2020-ci illə müqayisədə təqribən 400 min manat artaraq 4 milyon 182 min manata yüksəlib.
Bunun böyük hissəsi – 2 milyon 338 min manatı - uzunmüddətli aktivlər, 1 milyon 844 min manatı isə – qısamüddətli aktivlərdir.
Hesabatdan məlum olur ki, universitetin təqribən 2 milyon manatlıq torpaq, bina və tikilisi, 224 min manatlıq avtomobilləri var. Əvvəlki illə müqayisədə avtomobillərin ümumi dəyəri 2 dəfədən çox artıb – 2020-ci ilin sonunda bu rəqəm 100 min manat idi.
Qısamüddətli aktivlərin isə 508 min manatı universitetin pul vəsaitləri, 493 min manat universitetin alacağı borclar, yəni debitor borclarıdır.
2021-ci ilin sonuna «Bakı Avrasiya Universiteti»nin cəmi kapitalı 2 milyon 532 min manat olub. Universitetin nizamnamə kapitalı, yəni səhmlərların vaxtilə yatırdığı vəsait 422 min manatdır- bu dəyişməyib.
Ondan başqa kapitalda 155 min manatlıq kapital ehtiyatları, 332 min manatlıq bölüşdürülməmiş mənfəət, və hesabat dövrünün xalis mənfəəti – 1 milyon 623 min maat əks olunub.
Xatırladaq ki, Bakı Avrasiya Universiteti 1992-ci il aprelində fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilib. 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərib. 2005-ci il 30 iyun tarixindən adı dəyişdirilərək Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçib. Universitetin rektoru indi də Nazim Hüseynlidir.