Lucebra, ABŞ-da təsis edilmiş qlobal və innovativ onlayn təhsil platformasıdır. Bu platforma, müxtəlif təhsil resurslarını bir yerdə birləşdirərək öyrənmə və tədris prosesini sadələşdirir.
FED.az xəbər verir ki, Lucebra geniş mövzular təklif edərək həm müəllimlər, həm də tələbələr üçün gözəl imkanlar yaradır.
Tələbələr bütün ehtiyac olan məlumatları bir yerdən əldə edə bilərlər: video kurslar, universitet proqramları, e-kitablər, sertifikasiya testləri, canlı yayım təcrübəsi, mentorluq xidməti, ödənişsiz kurslar və s. Beləliklə onlarla platformaya ehtiyac qalmır.
Təlimçilər video kurslar hazırlayıb, Canlı dərslər keçə, Mentorluq edə, praktika və konsultasiya verə bilərlər. Müəllimlər üçün vahid iş mühiti, şəffaf gəlir modeli təmin olunur, bu da onlara daha yüksək qazanc və rahatlıq imkanı verir. Həmçinin Universitetlər və Təhsil Mərkəzləri də Lucebra ilə əməkdaşlıq edə bilərlər.
Lucebra, Microsoft for Startups Founders Hub-dan 200 min dollar dəyərində dəstək alıb. Bu sərmayə, Lucebra-nın təhsil sahəsindəki innovativ yanaşmalarını daha da inkişaf etdirməyə və dünya miqyasında daha geniş istifadəçi bazasına çatmasına imkan verəcək. Bu yatırım həmçinin Lucebra-nın gələcəkdə təhsil texnologiyalarında daha çox inkişafa imza atmasını təmin edəcək.
Əlaqə: [email protected]
Gələcəyinə investisiya et!