“Dərs bitdi, dərd bitdi” deyən və “yay tətilində uşağımı necə inkişaf etdirim” sualı ilə üz-üzə qalan valideynlər üçün...
Bakı məktəblərində orta aylıq əmək haqqı - AÇIQLANIB
Tədris ilinin başa çatmasına sayılı günlər qalıb. Övladlarının qarşıdakı 3 ayını necə səmərəli və əyləncəli keçirəcəyini düşünən valideynlər uyğun variant axtarışındadırlar. Onlar artıq yay məktəbləri ilə maraqlanırlar.
Seçimlər isə çox sayda olduğu üçün vəziyyət bir az çətinləşir: təkliflər talonundakı müxtəliflik diqqəti yayındırmaya bilmir.
Bəs seçdiyimiz yay düşərgələri uşağın təhsilində hansı rol oynayır? Lazımlıdırmı, necə təşkil olunmalıdır? Qiymətlər göstərilən xidmətə uyğun və qənaətlidirmi?
Azərbaycanda bir nəfərin təhsil almasına sərf olunan orta xərc - AÇIQLANIB
Mövzu ilə əlaqəli mövqeyini FED.az-a açıqlayan təhsil eksperti Nadir İsrafilov bildirib ki, əvvəlcə uşaq yay düşərgəsinin nə olduğunu və hansı məqsədləri ehtiva etdiyini bilmək lazımdır.
Həmsöhbətimiz bildirir ki, bu halda yay düşərgələrini dəyərləndirmək mümkündür:
Uşaq yay düşərgələri nə deməkdir?
“Hər şeydən əvvəl sağlamlıq, mənalı və səmərəli istirahət, yay müddətində asudə vaxtın təşkili. Böyüklər üçün daimi iş yerləri qorunub saxlanılmaqla, əlavə əmək haqqı imkanları. Sosiallaşma baxımından əvəzolunmaz şərait, valideynlər üçün uşaqlarındana görə arxayınçılıq. Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından da çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr”.
O vaxtkı düşərgələr, bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi
Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, Bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi. Bir çox iri müəssisələrin və təşkilatların olduğu kimi yerli təhsil şöbələrinin də belə düşərgələri var idi.
Ekspertin sözlərinə görə, 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra isə belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı: “Ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub. Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Məsələ ilə bağlı bir müddət əvvəl həmkarlar konfederasiyası, sonra isə Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər də yayılmışdı. Hətta, Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, ” Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Ancaq hələlik ortada bir mexanizmi yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunur”.
Sizcə, özəl şirkətlər bu işin öhdəsindən gələ bilərmi?
Özəl şirkətlərin bunu nə dərəcədə həyata keçirə biləcəyi sual doğurur. Mövcud olan düşərgələrin qiymətləri əhalinin geniş təbəqəsi üçün kifayət qədər əlçatan deyil. Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq uşaqlıq həyatın yaşamalıdır və uşaq kimi böyümədir. Demək olar ki, şagirdlər yay görmür, asudə vaxt tapan kimi kompüter salonlarına gedib müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar.Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür. Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir”.
Ölkədə hələ 1998-ci ildə qəbul olunmuş “Uşaqların hüquqları haqqında” qanunun 25-ci maddədə qeyd olunur: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısının alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəsisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. İstənilən halda nə isə etmək lazımdır. Uşağın tərbiyəsinə onu tanımaqla başlamalı, onun öz bacarıqlarını kəşf etməsinə kömək etməliyik”.
Ümumiyyətlə yay məktəbləri əyani (gündəlik gedib-gəlmək), distant (onlayn, ev şəraitində) və düşərgədə olmaqla 3 formada mövcuddur. İstəkdən asılı olaraq həm daxili, həm də xarici yay məktəblərini seçmək mümkündür.
FED.az biznes və maliyyə portalı bir neçə yay məktəbi ilə bağlı araşdırma edib. Məlum olub ki, 4-15 yaşarası uşaqlar üçün 7 günlük daxili yay düşərgələrinin orta statistik qiyməti 250-300 arası dəyişir.
1.STEM Yay Düşərgəsi
Bu yay düşərgəsinə 4-6, 7-10 və 11-15 yaşarası uşaqlar qoşula bilərlər. Saat 09:00-18:00 aralığında həftə içi 5 gün keçirilir. Həftəlik isə cəmi 100 nəfər qəbul olunur. Limitin təhlükəsizlik və keyfiyyət üçün olduğunu bildirirlər.
Dərslər əsasən informasiya texnologiyaları və mühəndislik sahələrini əhatə edir (robotexnologiya, kompüter, aerokosmik, elektronika, inşaat mühəndisliyi və s.).
Gündəlik şərti proqrama isə aiddir:
09:00-10:30 – Praktiki STEM dərsləri
10:30-11:00 – Çay fasiləsi
11:00-12:30 – Praktiki STEM dərsləri
12:30-13:15 – Nahar yeməyi
13:15-16:00 – Ekskursiya/Hovuz
16:00-16:30 – Çay/meyvə fasiləsi
16:30 – 18:00 – Master Klas/İdman və ya əyləncə fəaliyyəti
Eyni zamanda, açıq havada müxtəlif idman oyunları, hovuz əyləncəsi, gündə 3 dəfə qidalanma, Elmlər Akademiyası və İçərişəhər metrolarından servis xidmətləri də daxildir.
Hazırda proqramın 2 növbəsi mövcuddur: 1-ci növbə 20 iyun – 1 iyul aralığında, ikinci növbə isə 4 iyul – 15 iyul aralığında
Həftəlik ödəniş 290 AZN-dir. Bir ailədən iki və daha çox uşaq olarsa əlavə 5% (275 azn hər uşağa) endirim tətbiq olunur. 25 maydan sonrakı 30 nəfərə isə 10% endirim olunur (260 azn – iki uşağa 250 azn).
Dərsləri üçün lazimi material və avadanlıqlar, yemək və şirniyyatlar, ekskursiya biletləri, avtobus ödənişi, master klaslar və hovuza giriş qiymətləri daxildir.
2.STEP IT Academy yay düşərgəsi
Düşərgədə 8-14 yaşlı uşaqlar iştirak edə bilər. 3 növbəli düşərgədə (səhər, gündüz, bütöv gün) dərslər rəqəmsal texnikadan istifadə edilərək foto-studiyada keçirilir.
Gündəlik şərti proqrama isə aiddir:
Səhər növbəsi (10:00-13:00) - 300 AZN
Gündüz növbəsi (14:00-17:00) - 250 AZN
Bütöv gün (hər iki növbə) - 500 AZN
Düşərgə növbələri 20 iyun-1 iyul, 4-15 iyul, 18-29 iyul, 1-12 avqust, 29 avqust - 9 sentyabra kimidir.
Düşərgə nəzərdə tutulub:
Kompüter oyunları oynamağı xoşlayan, lakin inkişaf etmək və öz əlləri ilə oyun personajları yaratmaq istəyənlər üçün;
Blogginqlə maraqlanan, YouTube üçün populyar videolar çəkib, özü haqda dünyaya bəhs etmək istəyənlər üçün;
Müasir cizgi filmlərinə baxmağı xoşlayan, və şəxsi cizgi filmini yaratmaq istəyənlər üçün;
3D modellər və virtual reallıq yaratmaq arzusunda olan və öz VR oyununu yaratmaq istəyənlər üçün;
IT sahəsi ilə tanış olmaq istəyənlər, gələcək təhsil və karyera inkişafı üçün yeni imkanlar axtaranlar üçün.
Düşərgə iştirakçıları foto və video çəkiliş, blogginq və virtual reallıq üzrə master-klasslarda iştirak edəcəklər. Dərslər rəqəmsal texnikadan istifadə edilərək foto-studiyada keçirilir.
Burada tədrisboyu uşaq öz super qəhramanını icad edəcək, kompüter və ya smartfon üçün oyun yaradacaq.
3. Universal Education
2 həftəlik bu xarici yay düşərgəsi (London) 11-17 yaşarası uşaqlar üçün nəzərdə tutulub. 1 nəfər təyyarə biletsiz qiymət 2200 GBP, yəni 4 796 manat təşkil edir. Biletli qiymət isə təqribən 4 796 + 1 200 = 5 996 manatdır.
Uşaqlar universitet (Seçimdən asılı olaraq dəyişit, məsələn University of East London) kapüsüsündə qalırlar. əgər uşaqlarla birlikdə müəllim də gedərsə ingiltərədə proqramda iştirak və viza məsrəflərini şirkət qarşılayır.
Şərti proqrama isə aiddir:
20 saat ingilis dili dərsi
Dərslik və materiallar
Həftəiçi günorta yeməyinden sonra London daxili gəzintilər
Həftəsonu Cambridge və Canterbury gəzintiləri
Gündə 3 dəfə qidalanma