Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb.
Azərbaycana gətirilən quş ətində bakteriya tapıldı – QADAĞA QOYULDU - ŞİRKƏTLƏRİN SİYAHISI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistandan idxal etdiyi 9 min kiloqram pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.
Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
Qeyd edək ki, yoxlama zamanı aşkarlanan virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.