Azərbaycana müstəqillik illərindən sonra ayaq açan ekzotik meyvələrdən biri də avokadodur.
Bakıda söküntü işləri: Hansı hallarda pul və ya mənzil verilir? – QAYDALAR AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ekzotik mənşəyi ilə yanaşı, son illər avokadonu həkimlərdə müxtəlif səbəblərdən tövsiyə edirlər. Hələlik avokada Azərbaycan ailəsinin mətbəxinə və qida rasionunda geniş təmsil olunmasa da, ciddi idxal biznesinə çevrilməkdədir.
Hələlik idxalçıları az olduğuna görə, avokado ticarətində marja 100% ətrafındadır. Belə ki, ölkəyə orta hesabla 3 dollara və ya 5,15 manata idxal olunan avokado mağazalarda kiloqramı 12-13 manata, və ya hər dənəsi 2 manata satılır.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 2 milyon 494 min 110 dollar olan 833,4 ton avokado gətirilib. Meyvənin bir kiloqramının orta idxal qiyməti 3,03 dollar və ya 5,15 manat təşkil edir.
2024-cü illə müqayisədə ölkəyə idxal olunan avokadonun həcmi artmayıb, amma qiyməti və ümumi dəyəri artıb. 2024-cü ildə ölkəyə avokadonun kiloqramı 2,62 dollar və ya 4,46 manatdan idxal edilib. Başqa sözlə, 2025-də avokadonun idxal qiyməti 15% artıb.
Azərbaycana avokado əsasən Cənubi Amerika və Afrika ölkələrindən, eləcə də İsrail və Türkiyədən gətirilir. Belə ki, 2025-ci ildə Azərbaycana Perudan ümumi dəyəri 1062 min dollar olan 306 ton (kilqoqramı 5,9 manata), Cənubi Afrika Respukblikasından 276 min dollarlıq 91 ton (kiloqramı 5,15 manata), Tanzaniyaan 259 min dollarlıq 83 ton (kiloqramı 5,3 manata), Türkiyədən ümumi dəyəri 249 min dollar olan 166 ton (kiloqramının qiyməti 1,5 dollar və ya 2,55 manatdan), Keniyadan 170 min dollarlıq 45 ton (kiloqramı 6,4 manatdan) avokado gətirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Həmin dövrdə Livandan 138 min dollarlıq 39 ton (kiloqramı 6 manatdan), israildən 121 minr dollarlıq 40 ton (kiloqramı 5,1 manatdan), Mərakeşdən isə ümumi dəyəri 115 min dollar olan 32 ton (orta qiymət 6,1 manat) avokado gətirilib.
Başqa sözlə, 20925-ci ildə xaricdən ən bahalı avokado Keniyadan – 6,4 manata, ən ucuz avokado isə Türkiyədən 2,55 manata idxal edilib.
Avokado idxalı həm də ona görə sərfəlidir ki, hazırda bu meyvənin pərakəndə ticarət mərkəzlərində qiyməti kiloqramı 12-13 manata və ya bir ədədi 2 manata təklif edilir. Bu da, əlavə xərcləri də nəzərəaldıqda, gəlir marjasının təqribən 100% olması deməkdir.











