ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp “Trump” brendi ilə araq istehsalına başlanıldığını açıqlayıb.
Tramp: "Ukrayna müəyyən ərazilərdən imtina etməlidir"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Erik Tramp bu barədə sosial media hesabında məlumat yayıb.
O bildirib ki, “Trump Vodka” artıq ilkin sifariş üçün əlçatandır. Erikin sözlərinə görə, arağa sifarişlər xüsusi yaradılmış sayt vasitəsilə qəbul olunur. Belə ki, 0,75 litrlik bir şüşə “Trump Vodka”nın qiyməti 47,45 dollar (80 AZN) təşkil edir. Bu rəqəmin Trampın ABŞ-nin 47-ci prezidenti, ilk müddətdə isə 45-ci prezident olması ilə bağlı simvolik məna daşıdığı qeyd edilir.
Xatırladaq ki, Donald Tramp 2005-2011-ci illərdə də öz adı ilə araq istehsal etdirib. Həmin dövrdə məhsul əvvəlcə Niderlandda, daha sonra isə Almaniyada istehsal olunub.











