Bu ilin ilk 10 ayında Azərbaycan Səudiyyə Ərəbistanına 24 min 590 dollar dəyərində 1,86 ton təzə alma ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ölkəyə alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20 min 470 dollar və ya 45,5%, miqdar ifadəsilə isə 1,93 ton, başqa sözlə 50,9% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Səudiyyə Ərəbistanına 45 min 120 dollar dəyərində 3,79 ton alma göndərilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Səudiyyə Ərəbistanına ixrac edilən almanın 1 kiloqramının orta ixrac qiyməti 22,45 manat təşkil edib ki, bu da ən yüksək göstəricilərdən biridir. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 20,24 manat idi. Bu, illik müqayisədə 2,21 manat və ya 10,9% bahalaşma deməkdir.











