İordaniyadan Azərbaycana idxal olunan 1200 kq pendirdə zərərli bakteriyalar aşkarlanıb.
“Fueqo” MMC-nin Türkiyəyə göndərmək istədiyi almalarda uyğunsuzluq aşkarlanıb
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq "Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər" əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.











