Azərbaycanda istehlakçı hüquqlarının qorunması istiqamətində aparılan nəzarət tədbirləri çərçivəsində daha bir hüquq pozuntusu aşkarlanıb.
"Rahat Market" ard-arda müştəriləri aldadıb, malı baha qiymətə satıb – CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Tam Store” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, “Tam Store” MMC-də bir qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb. Bu hal 13 avqust 2025-ci il tarixində qeydə alınıb və vətəndaşın istehlakçı kimi hüquqlarının pozulması ilə nəticələnib.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə ziddir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, malın hesabına dair istehlakçının az miqdarda aldadılması inzibati məsuliyyət yaradır və bu kimi hallar qanunla qadağandır.