İran bir sıra məhsulların ixracını qadağan edib.
İranın zərbələri səbəbindən Körfəzin biznes dairələri çətin vəziyyətə düşüb
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib.
Qadağanın qeyri-müəyyən müddətə tətbiq olunduğu bildirilir.
Xatırladaq ki, İran ötən gündən etibarən kartof ixracına da qadağa elan etmişdi.












