İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb.
AQTA Azərbaycana gətirilən portağalların süni şəkildə rənglənməsi məsələsinə aydınlıq gətirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA-nın nəzarət tədbirləri çərçivəsində "Karvan Agro" MMC-nin İrandandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.
Aparılan laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb və İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.












