İstehlakçı hüquqlarının qorunması sahəsində nəzarət tədbirlərini davam etdirən Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi, “ANC Group” MMC barəsində iki ayrı inzibati protokol tərtib edib.
Kağız üzərində zəmanət, reallıqda hüquq pozuntusu: Firma alıcıya qarşı haqsızlıq edib
FED.az xəbər verir ki, ilk pozuntu 3 mart 2025-ci il tarixində qeydə alınıb. Agentliyin araşdırmaları nəticəsində məlum olub ki, şirkət satışda olan qida məhsullarını üzərində göstərilən qiymətdən baha təqdim edib. Bu hal istehlakçının aldadılması kimi qiymətləndirilib.
Ancaq şirkət tərəfindən ikinci oxşar qayda pozuntusu cəmi bir aydan bir qədər sonra – 22 aprel 2025-ci il tarixində təkrarlandığına görə, Agentlik tərəfindən təkrar inzibati protokol tərtib olunub.
Hər iki halda pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə ziddir. Satıcıların məhsulun kassadakı qiymətini etiketdə göstərilən məbləğə tam uyğun şəkildə təqdim etməsi qanunvericiliyin tələbidir.
Bu cür az miqdarda olsa belə, alıcını aldatmağa yönələn hallar, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır.