Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında yerləşən “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürülüb.
Agentlikdən FED.az-a verilən məlumatda bildirilir ki, sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib.
Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.










