BRAVO supermarketlər şəbəkəsi müştəri məmnuniyyətinin artırılması, alış-veriş təcrübəsinin rəqəmsallaşdırılması və innovativ marketçilik standartlarının inkişafı istiqamətində daha bir mühüm addım atdı.
FED.az xəbər verir ki, şirkət bu gündən etibarən yeni BRAVO mobil tətbiqini istifadəyə verərək pərakəndə sektorunda “yeni rəqəmsal ERA” başlatdığını elan edir.
Yeni tətbiq Bir ekosisteminin Bir Bonus loyallıq proqramına inteqrasiya olunub. Qeyd edək ki, Bir ekosistemində olan Birbank, M10 və Birmarket tətbiqlərinin vahid kabineti vasitəsilə istifadəçilər bütün bonuslarını rahat şəkildə izləyə, idarə edə və istədikləri zaman istifadə edə bilirlər. BRAVO-nun yeni tətbiqi Bir ekosisteminin funksionallığını daha da genişləndirərək müştərilərə yeni, unikal rəqəmsal təcrübələr yaşadacaq.
Rəqəmsal dönüşümün yeni mərhələsi: BRAVO Tətbiqinin üstünlükləri
20 noyabr 2025-ci ildən etibarən BRAVO mobil tətbiqini yükləyən istifadəçilər alış-veriş prosesini daha rahat, daha sürətli və daha fərdiləşdirilmiş edən geniş imkanlardan yararlana biləcəklər:
• Xüsusi endirimlər – Yalnız tətbiq istifadəçilərinə təqdim olunan xüsusi qiymət təklifləri
• Fərdiləşdirilmiş kampaniyalar – Alış-veriş davranışlarına uyğun avtomatik fərdə özəl yaradılan təkliflər
• Rəqəmsal kuponlar – Kassada kod göstərməklə dərhal istifadə edilə bilən fürsətlər
• Tətbiqə özəl təkliflər – Yalnız BRAVO tətbiqi üzərindən keçərli endirim və kampaniyalar
• Lotereyalar – Müxtəlif brendlərlə birgə keçirilən aksiyalarda iştirak imkanı
• Bonuslar və sadiqlik mexanizmləri – Hər alış-verişdən qazandıran çevik bonus sistemi
• Mini-oyunlar və interaktiv fürsətlər – Həm əyləncə, həm də qazanmaq imkanı yaradan oyunlar
Bu funksiyalar BRAVO-nun “modern marketçilik” vizionunun tərkib hissəsi olmaqla yanaşı, şirkətin rəqəmsal dönüşüm strategiyasını bir qədər də gücləndirir.
Məqsəd — müştərilərə daha çevik, daha rahat və innovativ alış-veriş mühiti təqdim etməkdir.
Tətbiqin yüklənməsi – daha çox fürsət, daha çox qazanclar
BRAVO tətbiqini App Store və Google Play üzərindən asanlıqla yükləmək mümkündür. Tətbiqi yükləyən hər bir istifadəçi yalnız BRAVO şəbəkəsində keçərli olan lotereyalara, müsabiqələrə və xüsusi rəqəmsal kampaniyalara avtomatik olaraq qoşulmaq imkanı əldə edir.
QR kod vasitəsilə tətbiqi dərhal yükləyərək siz də BRAVO-nun yeni rəqəmsal imkanlarından yararlana və eksklüziv təkliflərə çıxış əldə edə bilərsiniz.
QR KOD:












