Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında nar xüsusi yer tutur.
Xarici bazarlara nar ixracında artım dinamikası davam edir.
Bu ilin yanvar-iyul aylarında ölkəmizdən 4,298.7 min dollar dəyərində 5,027.3 ton nar ixrac edilib.
Qeyd olunan dövrdə nar ixracatı həcm olaraq 37,7%, dəyər olaraq 31,7% artıb.
Ölkəmizdə intensiv nar bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılır.
İntensiv nar bağları dedikdə Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar nəzərdə tutulur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hər hektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir.