Azərbaycanda unun topdansatış qiymətləri bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkə üzrə unun topdansatış qiyməti 26,1 – 28,6 manat arasında dəyişir.
Unun ən bahalı topdansatış qiyməti "Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkətinə məxsus olub. 50 kiloqramlıq unun topdansatış qiyməti 28,6 manat təşkil edib.
Unun ən ucuz topdansatış qiyməti isə 50 kiloqramlığı 26,1 manat olmaqla "Dəvəçi-Taxıl" MMC-ə məxsus olub.
Bəzi un markalarının topdansatış qiyməti yanvar ayı ilə müqayisədə bahalaşıb.
Belə ki, “Anadoluqida” və “Aveta” MMC-ə məxsus unun qiyməti 10 qəpik bahalaşaraq 27,8 manat, “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN” “Sünbül 2012”, “Taxıl AQRO”, “Xırman” və “Ağsu Taxıl” MMC-lərə məxsus unun qiyməti 10 qəpik bahalaşaraq 27,7 manat olub.
”Nural” və “Osmanlı Taxıl” MMC-lərə məxsus unun qiyməti 10 qəpik bahalşaraq 28,3 manat, “Sarı Sünbül” və “Ungrano” MMC-lərə məxsus unun qiyməti 10 qəpik bahalaşaraq 27,9 manat, “Gəncə Dəyirman” MMC-ə məxsus unun qiyməti 10 qəpik bahalaşaraq 28 manat olub.
“Karat Holdinq” MMC-ə məxsus unun qiyməti 10 qəpik bahalaşaraq 27,8 manat, “Pak-Nur” Fırmasına məxsus unun qiyməti 30 qəpik bahalaşaraq 27,7 manat, “Avrora” MMC-ə məxsus unun qiyməti 20 qəpik bahalaşaraq 27,6 manat olub.
“Qarabağ UN” MMC-ə məxsus unun qiyməti 10 qəpik ucuzlaşaraq 27,4 manat təşkil edib.
Fevralın 9-dan etibarən Azərbaycanda unun topdansatış qiymətləri aşağıdakı kimidir:














