Bu ilin ilk 2 ayında Azərbaycana 7 milyon 196 min dollar (12 milyon 233 min manat) dəyərində 20 min 394 ton qarğıdalı idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 217 min dollar (2 milyon 70 min manat) və ya 14,5% azalıb. Miqdar ifadəsilə isə 14 min 925 ton və ya 42,3% azalma müşahidə edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkəyə 8 milyon 413 min dollar (14 milyon 302 min manat) dəyərində 35 min 319 ton qarğıdalı idxal edilmişdi.
Qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 0,35 dollar (0,60 manat) təşkil edib. 2025-ci ildə isə bu rəqəm 0,24 dollar (0,41 manat) idi. Bu da 45,8% bahalaşma deməkdir.












