Bu ilin yanvar ayında Azərbaycandan 570 min dollar həcmində 61 ton çay ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 99 min dollar və ya 21%, miqdar ifadəsilə isə 9 ton, başqa sözlə 17,2% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 471 min dollar dəyərində 52 ton çay ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 9,34 dollar (təxminən 15 manat 88 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 9,06 dollar (təxminən 15 manat 40 qəpik) idi. Bu da illik müqayisədə 3,1% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,21%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,02% və 0,19% olmuşdu.











