2025-ci il ərzində Azərbaycandan 6,6 milyon dollar həcmində 725 ton çay ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 284 min dollar və ya 4,1%, miqdar ifadəsilə isə 22 ton, başqa sözlə 2,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 6,9 milyon dollar dəyərində 747 ton çay ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 9,12 dollar (15,51 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 9,24 dollar (15,71 manat) idi. Bu da illik müqayisədə 0,12 dollar (0,20 manat) və ya 1,3% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,18%-i çayın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,02% və 0,20% olmuşdu.











