Uşaqlar və pullar. Uşağa necə izah etmək olar ki, niyə hər şeyi və dərhal almaq olmaz. Bu valideynlərin hamıının vacib problemidir. Uşaqlarla pullar haqqında söhbəti nə vaxt və haradan başlamaq lazımdır? Uşağa cib xərcləyi vermək lazımdır və bu hansı yaşda olmalıdır? Hər bir ailənin öz tərbiyə üslubu, ön ənənələri, prioritetləri var. Uşaq böyüyür, dünya və insanlarla qarşılıqlı fəaliyyətdə olmağı öyrənir. Danışır və yeriyir, yazır və hesablayır. FED.az uşağa pullarla düzgün rəftar etməyi öyrətməyin 5 üsulu
Əksər valideynlər uşaqla bu barədə danışmağı lazımsız sayırlar. Niyə hələ bu qədər kiçik başı maddi problemlərlə yükləmək lazımdır ki?
Psixoloqlar iddia edirlər ki, iki yaşdan beş yaşına kimi insanların pulları necə xərcləyəcəyi prinsipinin təməli qoyulur. Y siz körpə ilə uşaq yaşlarından pullar haqqında danışmağa başlayırsınız, ya da elə görünüşü davam etdirirsiniz ki, biz pulların mövcud olmadığı bir dünyada yaşayırıq.
Lakin yadda saxlayın! Böyük yaşlarında öz maliyyəsi ilə rəftar etmək bacarığı uşağın uşaqlıq yaşlarında belə bir təcrübəyə malik olub olmamasından tam asılıdır.
Üsul 1. Uşağa ailə büdcəsinin nə olduğunu və pulların hardan gəldiyini izah edirik.
Ondan başlayaq ki, uşağa onun başa düşdüyü dildə büdcənin nə olduğunu danışmaq lazımdır. Uşaqlar konkret düşünürlər, buna görə də ona oyrətdiyiniz nə varsa, şəklini çəkmək və ya göstərmək yaxşıdır.
Eləcə də bax: Özünü qənaətcil hesab edən insanların - 8 SƏHVİ
Pul qabını, içində pullar olan kisəni götürün və deyin ki, bu büdcədir. Hər bir ölkənin, şəhərin, ailənin və insanın büdcəsi olur. Həftəlik, aylıq və hətta illik. Ata və ana işə gedirlər, çalışırlar və ayda bir dəfə pul qabını yeni pullarla doldururlar.
Uşağa masaüstü oyun – uşaq inhisarı oyununu alın. Rahat axşamlarda ailəvi batl oynayın. Oyun prosesində uşaq daha tez hesablamağı və təhlil etməyi öyrənəcəkdir.
Uşağa sizin ailənin büdcəsi şəklini çəkməkdə köməklik edin. Bu dairə, kvadrat və ya kisə ola bilər. Onu hissələrə bölün və icazə verin ki, uşaq onları öz bildiyi rənglərlə rəngləsin. Blokların hamısına ad verin. Misal üçün, qırmızı - ərzaq, yaşıl – mənzil haqqı, sarı – oyuncaq alınması, göy – ev heyvanları və s.
Növbəti dəfə sizin sevimli uşağınız göz yaşları içində mağazadan yeni oyuncaq almağı tələb etdikdə - dərindən nəfəs alın. Və izah edin ki, pul yalnız iki blokda qalıb – yaşılda mənzil haqqları üçün və qırmızıda ərzaq üçün. Lakin gələn ay ailənin büdcəsi yenidən dolacaq və sarı blokda yenə pul olacaqdır.
Hələlik isə körpəyə həmin oyuncağı yadda saxlamağı təklif edin. Əgər o, fikrini dəyişməzsə ayın sonunda həmin oyuncağı ona alın. Axı siz söz vermisiniz. Belə də ola bilər ki, oyuncaq həddindən artıq bahalı olsun. Bu halda onun alınması üçün pulu birlikdə toplayın.
Üsul 2. Pul yığmağı öyrədirik
Uşağa pul qabı və ya kisəsi hədiyyə edin. Belə də o, erkən yaşlarından pulları səpələməyi deyil, onları toplamağı sevəcək. Maraqlı oyuncağa və ya şirniyyata pul yığmağı. Belə olan halda o, təhlil və qərar qəbul etməyi öyrənəcək. Nəyə üstünlük vermək lazım olduğunu öyrənəcək.
Məktəb yaşına qədər olan uşaqların btün istəklər üzərində fikrini cəmləşdirməsi və nəyi daha çox istəməsini dərhal başa düşməsi çətindir: konstruktor yoxsa robot, Barbi üçün ev yoxsa dəmir yolu?
Eləcə də bax: İnsanların az işləyib çox qazandıqları - 15 ŞƏHƏR
Uşağının özünün “istəyirəm”lərinin şəklini çəkməyi təklif edin. Bu gün ona Tısbağa ninzya lazımdır? Qoy onda şəklini çəksin və oyuncağın qiyməti ilə birlikdə şəkli görünən bir yerdən assın.
Əlbəttə, kiçik şirin-şəkəri gözləməyi öyrətmək olduqca çətin işdir. Axı həmişə hər şeyi və dərhal istəyir!
“Sezam küçəsi” əla həll təklif edir. Uşağın başa düşməsi və vərdiş etməsi üçün onunla birlikdə hər hansı bitkini yetişdirməyə başlayın: hər şey dərhal həmin saniyədə baş vermir, əksər hallarda nəticəni səbrlə gözləmək lazım gəlir. Ayın sonunda onun şedevrlərindən birini seçin və alın.
Üsul 3. Cib xərcliyi
Psixoloqlar iddia edirlər ki, uşaq böyüdükdə, hesablamağı və çap hərfləri ilə yazmağı öyrəndikdə ona artıq cib xərcliyi vermək lazımdır. Yaxşı olardı bunu mütəmadi edəsiniz, xüsəsən də həftədə bir dəfə olmaqla.
Lakin bir şərt var: pullar yalnız maliyyə hesabatı təqdim edilməklə verilir. Ona bloknot və ya dəftər alın ki, uşaq burada öz mühasibatını apara bilsin. Vərəqi şaquli xəttlə bölün və solda həftənin başlanğıcına olan qalığı yazın.
Sonra yeni mədaxilləri və onların kimdən gəlməsini qeyd edin.
Nümunə:
-
Anadan gəlib - 100
-
Atadan gəlib - 200
-
Qonşu itini gəzdirməyə görə qazanılıb – 20
-
Babadan gəlib – 30
-
Həftə sonuna qalıq – 350
Sağ tərəfdə isə həmin prinsipə uyğun olaraq nəyə və nə qədər pul xərcləndiyini qeyd edin.
Və həftə sonunda yekunu çıxarın.
Başlanğıcda bir neçə dəfə uşağa hesabatı doldurmaqda köməklik edə bilərsiniz. Lakin sonra danışıb razılığa gəlmək lazımdır ki, növbəti dəfə pulları o, yalnız öz mühasibatını özü aparmağa başladıqdan sonra alacaq. Belə sistem öz pullarına düzgün sərəncam verməyə köməklik edəcək.
Mütləq uşağa qazanmağın başqa yollarını da göstərin. Əgər yaxşı axtarsanız, onlar az deyil.
Qonşuların ev heyvanlarının gəzdirilməsi və ya ərzaq məhsullarının alınması üçün xidmətlərinizi təklif etmək olar.
Çox da böyük olmayan mükafat müqabilində qonşular üçün xırda köməkliklərin göstərilməsi Amerika və Avropada xüsusi ilə məşhur olmuşdur.
Əgər sizin uşaq 10-12 yaşına öz xidmətlərini satmağı və müstəqil qazanmağı öyrənmiş olarsa, 30 yaşına o, böyük uğurlar qazana bilər.
Üsul 4. Səhvlər etməsinə imkan verin
Belə bir vəziyyəti təsvir edin. Sizin balaca maliyyəçiniz oyuncaqlar mağazasında bütün yığdığı pulları xərcləmişdir. Lakin bu zaman keyfiyyətsiz oyuncaq almışdır ki, o da iki gün sonra sınıb.
Beyində dərhal hazır ifadə yaranır: “Axı mən sənə demişdim! Sən niyə mənə qulaq asımırsan!”.
Bilirsiniz nə var? Belə bir fikri səsləndirməkdən dərhal vaz keçin. Sizin uşağınız bunsuz da dilxordur. Və belə davranış onu nəyəsə öyrətməkdənsə daha da aşğılayacaqdır.
Yeganə ağlabatan həll – sadəcə hiss etməkdir. Uşaqlar ağılsız deyil və öz həyacanları vasitəsi ilə hər şeyi başa düşəcəklər. Başlıca olanı ona səhvlə etməyə imkan verməkdir. Körpənin 10 yaşında oyuncaqla belə bir təcrübə qazanması, bunu 30 yaşında öz biznesi ilə yaşamasından daha yaxşıdır.
Onu dəstəkləyin, sakitləşdirin və aşağıda göstərilən şəkildə suallar verməklə yüngülcə vəziyyəti şirinləşdirin:
-
Belə bir vəziyyətə düşməmək üçün gələn dəfə necə edəcəksən?
Bu onu bir daha düşünməyə, təhlil etməyə və öz qərarı barədə sizə danışmağa məcbur edəcək.
Yadda saxlayın, pul trenajorundan fayda sadə təlimlərdən olduğundan daha çoxdur.
Üsul 5. Uşaqlarınızla kommersiya münasibətlərinə girməyin.
Bir çox valideynlər düşünürlər ki, əgər onlar uşaqlarına məktəbdə aldıqları əla qiymətələrə, çıxarılıb tullanılan zibilə, yuyulmuş döşəməyə görə pul ödəsələr bu onları daha çox motivə edəcəkdir.
Təəssüf ki, bu böyük bir yanlışlıqdır. Axı məsuliyyətlilik, özün və yaxınların qarşısında vəzifəni, əməksevərliyi satın almaq mümkün deyil.
“Mal-pul münasibətlərinə daxil olmaqla biz sanki yaxın adamlar olmaqdan çıxırıq”.
Yaxşı qiymət gətir və 50 manatını al – bu metod işləmir. Axı çox tezliklə sizin uşağınız bəyan edə bilər ki, riyaziyyatdan ev tapşırığı artıq 40 deyil, tam 100 manatlıqdır. Oxumaq həvəsi itir. Ya da ki, oxumaq artıq bilik üçün deyil, pul üçün olur.
Uşağa yalnız daxili tələbatından irəli gələn bilikləri əldə etməyə cam atmağı aşılamaq lazımdır.
Uşaqlarla pul barəsində danışmaqdan, alış-verişi müzakirəı etməkdən və məsləhətləşməkdən qorxmayın. Ona seçim hüququ saxlayın. Müstəqillik və qərarlar qəbu edə bilmək bacarığını aşılayın.
Öz nümunənizdə öyrədin. Öz uğurlarınız və səhvlərnizdən, pul qazanarkən yanlış və qətiyyətli əməllərinizdən danışın.
Uşağa izah edin ki, onun qarşısında bütün imkanlar açıqdır. O, böyüyəcək, sevimli peşəsinə sahib olacaq və özünün istədiyi qədər pullar qazanacaq.