Nə qədər qənaətcil olsanız, bir o qədər az pul xərcləyərsiniz. Ya da az xərclədiyinizə inanarsınız. Gəlin, qənaətcil olduğunu düşünən insanların ən çox etdikləri səhvlərə nəzər salaq.
1. Topdan alış-veriş etmək
Bəzi məhsulları topdan almaq sizin üçün səmərəli ola bilər. Amma bunu tez-tez istifadə etdiyiniz və tanıdığınız məhsullar üçün edin. Daha əvvəl istifadə etmədiyiniz bir məhsuldan bir neçə paket alıb, əgər məmnun qalmasanız nə edəcəksiniz. Yemək üçün alış-veriş edərkən də istehlak edə biləcəyiniz qədər satın alın.
2. Endirimləri düzgün dəyərləndirmək
Endirimli məhsulları həmişə izləyin və araşdırın. Lakin, hansısa bir məhsulun endirimdə olması sizi yanıltmasın. Əgər həmin məhsula ehtiyacınız yoxdursa, onu satın almayın. Bu endirimli məhsulu alaraq mənfəət əldə etmiş sayılmırsız.
3. Təmiri gecikdirmək
Vaxtında təmir etməli olduğunuz əşyaların təmir müddətini gecikdirməyin, cüzi təmir xərcindən yayınaraq qənaət etmiş olmursunuz, əksinə uzun vədədə bu sizə daha çox pul itkisi olaraq geri dönəcək.
4. Keyfiyyətə fikir verməmək
“Ucuz məhsul almaq üçün varlı deyiləm” deyə bir deyim vardır. Bəzən ucuz məhsullar aşağı keyfiyyətli olduğu üçün sizi yarı yolda qoyarlar. Bəzən hər hansı bir məhsula daha çox pul xərcləməyiniz uzun vədədə sizin üçün daha səmərəli ola bilər.
5. Düzgün qidalanmamaq
Düzgün qidalanmaq daha çox pul tələb edir deyə düşünə bilərsiniz, lakin müntəzəm olaraq qeyri-sağlam qidalanmaq köklük, diabet və ürək xəstəliklərinə yol açacaqdır. Nəticədə sağlam qidalanma üçün istifadə etmədiyiniz pul tibbi xərclərə sərf olunacaqdır.
6. Sığorlanmamaq
Özünüzü sağlam hiss etdiyiniz üçün sığorta olunmaq istəməyə bilərsiniz. Ancaq, bilməlisiniz ki, gözlənilməz vəziyyətlərə hazır olmaq sizin xeyrinizədir. Münasib qiymətləri araşdırın və sığortalanın.
7. Səyahət etməmək
Qənaətcil insanlar səyahət etməyin bahalı olacağını düşünürlər. Düzdür, tətilə getmək pul tələb edə bilər, lakin davamlı olaraq işləmək də sizin üçün faydalı deyil.
8. Artıq əşya saxlamaq
Dəyərləndirə biləcəyinizə inandığınız bütün əşyaları saxlayırsınız. Nə vaxtsa ehtiyacınız olar düşüncəsiylə heç birini atmağa qıymırsınız. Bu əşyalar üçün xüsusi yerə ehtiyacınız olur. Unutmayın ki, həyatınızı sadələşdirərək qənaətcil ola bilərsiniz, köhnə əşyaları saxlayaraq deyil.