Bir anlıq təsəvvür edin ki, sizə yüksək məvacibli iş təklif olunub. O zaman nə baş verəcək? Təbii ki, bizim istək və arzularımızın həcmi daha da genişlənəcəkdir. Bizdə acgözlük duyğuları oyanacaqdır. Lakin bu duyğuları daim öz lehimizə istiqamətləndirməliyik. Özüdə həmişəlik. Emosiya və hisslərimizi bizi idarə etməsinə icazə verməməliyik.
Varlılar çox arzularına görə deyil, qorxularına görə varlanıblar. Onlar düşünürlər ki, pul onları kasıblıq qorxusundan xilas edə bilər və ona görə də çoxlu vəsait toplayırlar. Lakin bu qorxu daha da güclənir. İndi onlar var-dövlətlərini itirməkdən qorxurlar. Reaksiya verməyə tələsməyin. İnsanlar çox başa düşmürlər ki, onların yerinə çox vaxt onların hissləri qərar verir. Hisslər ancaq hissdir. Ona görə də özünüz düşünməyi öyrənməlisiniz. İnsan deyəndə ki, mən təcili iş tapmalıyam, bu zaman onun yerinə hissləri danışır. Bu fikri qorxu yaradır ki, onun pulu olmayacaq. Təbii ki, insanlara pul lazımdır. Lakin bu fikrləri insana qorxu yaradır. Bir çox insanlar isə deyirlər ki, pul məni elə də maraqlandırmır. Amma onlar hər gün 8 saat işləməyə hazırdırlar. Onlar əslində həqiqəti danırlar. Əgər pul doğrudan da onları maraqlandırmırsa, bəs o zaman niyə işləyirlər? Bu cür düşünmək, pul toplamaqdan daha çox axmaqlıqdır. Söhbət puldan gedirsə, insanların çoxu risk etməməyi üstün tutur. Buna görə də onları ehtiras deyil, qorxu idarə edir. İnsanların çoxu yaxşı təhsil almaq, peşəyə yiyələnmək, maraqlı işə sahib olmaq və çoxlu pul qazanmaq istəyirlər. Bir gün yuxudan ayılıb, başa düşürlər ki, onların pulla bağlı ciddi problemləri var. Onlar artıq işləmədən yaşaya bilməzlər. Bu ona görədir ki, onlar yalnız pul üçün işləməyi bacarırlar və pulları özlərinə işlətməyi öyrənmirlər. İnsanlar hissləri ilə deyil, ağılları ilə hərəkət etməlidirlər. Onlar qorxu içində işləməyə gedirlər. Ümid edirlər ki, pullar bu qorxunu aparacaq. Amma bu baş vermir. Qorxu yenə onları izləməyə davam edir. Bu qorxu insanları tələyə salmaqdan başqa bir şey deyil. Onlar işləyirlər, pul qazanırlar, yenə işləyirlər, pul qazanırlar və gözləyirlər ki, qorxu itəcək. Lakin hər dəfə onlar yuxudan ayılanda, onlarla birlikdə həmin qorxu oyanır. Gecəyarısı soyuq tər içində ayılıb, düşünürsən, ay Allah, birdən hesabları ödəyə bilməsəm? Əgər həyatınızı maaşınızın miqdarı idarə edirsə, bu, həyat deyildir. Kimsə düşünürsə ki, iş ona təhlükəsizlik verir, o, özü-özünü aldadır.
Milyonlarla insan buna görə gecələr yuxuya gedə bilmir və narahat halda yataqda fırlanırlar. Sonra onlar maaş üçün işə gedirlər ki, onların ürəyini parçalayan bu qorxunu məhv etsinlər. Onların həyatını pul idarə edir. Bu o deməkdir ki, qəlblərini də idarə edir. Ona görə varlıların çoxu arzularına görə deyil, qorxularına görə varlanıblar. Onlar düşünürlər ki, pul onları kasıblıq qorxusundan xilas edə bilər. Ona görə də çoxlu vəsait toplayırlar. Lakin bu qorxu daha da güclənir. İndi onlar var-dövlətlərini itirməkdən qorxurlar. Varlıları varlı edən qüvvə məhz onların qorxuları olub. Qəlblərinin aciz və acgöz hissəsi daha güclü ortaya çıxır. Onlar öz evlərini, maşınlarını, pulların ona gətirdiyi gözəl həyat tərzini itirməkdən qorxurlar. Pullarını itirərlərsə, dostlarının nə deyəcəyi onları narahat edir. Maliyyə fərasəti olmadan pulla tez puça çıxır. İnsanların çoxu hələ də anlamır ki, həyatda nə qədər pul qazanmağınız vacib deyil, əlinizdə nə qədər qalmağı vacibdir. Əgər siz qazandığınız bütün məbləği xərcləməyə meyillisinizsə, qazancın artımı sadəcə bədbəxtliyə gətirib çıxaracaq. Ona görə də deyiblər: “Axmağın cibində çox pul qalmaz.”
Bir çoxlarının varlı həyat sürdükləri görünsə də, narahatlıqdan və əsəbdən əziyyət çəkirlər. Bir sözlə, qorxusu olan insanların daim pul baxımdan əziyyət çəkirlər. Emosiyaların — qorxu və istəyin apardığı bu tələdən qaçmaq üçün öz ziyanımıza yox, öz xeyrimizə istifadə etməliyik. Əgər qorxunu və istəyi idarə etmədən varlansanız, yüksək qazanclı qullara çevriləcəksiniz. Bəs bu tələdən necə qurtulmaq olar? “Kasıblığın və maliyyə çətinliyinin əsas səbəbi qorxu və savadsızlıqdır. Dövlətin maliyyə proqramı və ya varlılar deyil.” Qorxu və acgözlük insanların pul barədə bilgisizliyindən yaranır. Əgər məktəblərdə pulun mahiyyətini açsaydılar, ölkədə daha çox pul və daha aşağı qiymətlər olardı. Lakin məktəblər insanlara pulun gücündən istifadə etməyi yox, pul üçün işləməyi öyrədirlər.
Mənbə: Varlı ata, kasıb ata / Robert Kiosaki