Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı qərarlar verilərkən, indiyədək əldə edilən statistika ciddi təhlil edilməli, bütün məqamlar nəzərə alınmalıdır.
Eləcə də bax: Dövlət agentliyi həkimlərin aksiyasına - MÜNASİBƏT BİLDİRDİ
FED.az xəbər verir ki, bu barədə beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, «Bureau De Qualite» şirkətinin rəhbəri Asif İbrahimov bildirib. Mütəxəssisin sözlərinə görə, Azərbaycanda əhali üçün koronavirusdan qorunmaq üçün detallı davranış qaydaları da hazırlanmalıdır, ilk baxışdan xırda görünən məsələlər nəticələrə ciddi təsir edə bilər.
Asif İbrahimov yazır:
Hörmətli "TƏBİB" və Operativ qərargah"ın üzvləri,
Son 3 gün ərzində Azərbaycanda Covid-19 virusuna yoluxanların sayı 1490 nəfərdir.
Yoluxmaların sayında müşahidə olunan intensiv artım onu göstərir ki, biz hardasa səhv edirik.Deməli ciddi uyğunsuluqlarımız mövcuddur.
Beynəlxalq idarəetmə standartlarının fəlsəfəsinə görə uyğunsuzluqların arada qaldırılması prosesi həyata keçirilərkən həmin uyğunsuzluğun özünə deyil, onun səbəbinə, kök nədəninə diqqət yetirmək lazımdır.
Onu deyim ki, səhvlərimizi dilə gətirməkdən çəkinməməli, onları gizlətməyə çalışmamalıyıq.Çünki, harda həyat var, insan var, fəaliyyət var, orda nöqsanların olması normal haldır və bu olmalıdır. Lakin bizim öhdəmizə düşən aşkarlanan uyğunsuzluqları gizlətmək deyil, vaxtında müəyyən edib, aradan qaldırmaqdır.
Sanitariya və Gigiyena sahəsində Beynəlxalq standartların tələblərindən və beynəlxalq praktikalardan istifadə etməli, gündəlik həyatımızı buna uyğunlaşdırmalıyıq. Yaşadığımız, işlədiyimiz, bütün istifadə etdiyimiz məkanları steril mühitə çevirməliyik. Sahə həkimlərinin fəaliyyətini stimullaşdırmalı, onların qapı-qapı düşüb müalicə zərurəti olan vətəndaşlarımızın müəyyən edilməsində bizə yardımçı olmasını təmin etməkiyik.
Ajortaj yaratmamaq naminə verdiyimiz qərarları ciddi təhlillər alardıqdan sonra ictimaiyyətə bəyan etməliyik. İnsanların özümüzə inamlarını təmin etməliyik. Məsələn, 2 günlük sərt karantin rejimləri tətbiq edərək bir verdiyimiz bir qərarla 1000 kvm-lik dükana 1500 nəfəri toplaya bildik. İnsanların, böyük ehtimalla içlərində xəstəlik daşıyıcıları olan insanların da ölkəmizin digər bölgələrinə axın etməyinə şərait yaratdıq. Daha öncə bu situasiya ilə üz-üzə qalmadığımıza baxmayaraq, artıq əlimizdə 4 ayı əhatə edən statistika mövcuddur. Bu statistikaya nəzər yetirərək harda səhv etdiyimiz anlaya bilərik:
1. Sərt karantin rejimlərinin tətbiqinə baxmayaraq insanlarımızı nə vadar edir evdən çölə çıxmağa?
2. Hansı verdiyimiz qərardan sonra yoluxma hallarının sayı artdı?
3. Sahə həkimləri onlara təhkim edilmiş ərazilərdə yaşayan vətəndaşların sağlamlıq durumu ilə hansı səviyyədə tanışdır?
4. Respublika ərazisində daha çox yoluxma halları müşahidə olunan bölgələr hansılardır?
5. Yoluxma halları daha çox hansı mühitlərdə, iş yerlərində müşahidə olundu?
6. Daha çox yoluxma halları hansı yaş qrupunda və ya hansı qan qrupunda müşahidə olunur?
7. Yoluxma hallarına fəsil dəyişkənliyi necə təsir göstərdi?
8. Ölüm və yoluxma halları xüsusilə hansı xroniki xəstəlik daşıyıcılarında daha çox müşahidə edildi?
9. Son 4 ayda ümumilikdə fəaliyyətimizin səmərəliliyi nə qədər oldu, öhdəmizə düşən vəzifələrin icrasını neçə faiz icra etməyə nail olduq?
Bundan başqa:
10. Vətəndaşlarımız niyə bu virusun mövcudluğuna inanmır və ya ciddiyə almır?
Onu da nəzərinizə çatdırım ki, bir çox məsələlərdə mahiyyəti üzrə düzgün qərarlar verilsə idi, yoluxma hallarının bu qədər artımı müşahidə olunmazdı.
Elementar məsələlərdən birinə toxunmaq istəyirəm: Yəqin ki, bioloqlarımız və qida mühəndislərimiz mənimlə razılaşar. Gəlin razılaşaq ki, bir çox xanımlarımızın saxladığı uzun dırnaqlar altları bakteriayaların ən çox toplandığı və nəzarətsiz olduğu yerlərdir. Və ya çöldən evə gələndə paltarlarımızı, çantalarımızı necə təcrid edirik ki, özümüzlə gətiridiyimiz mikrobları ətrafa, evimizə yaymayaq? Bununla bağlı ictimaiyyətə hər hansı tövsiyyələr vermişikmi?
Bir çoxumuza bu məsələlər sadə və elementar görünə bilər. Mən düşünürəm ki, sərt sanitar-gigiyenik qaydalar tətbiq edib həyatımıza davam etməliyik. Bunun başqa yolu yoxdur.
Heç şübhəm yoxdur ki, sərt karantin rejiminin tətbiqi Azərbaycan tipli ölkələrdə heç bir nəticə verməyəcəyini yaxın günlərdə özümüz də şahidi olacağıq.