2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-fevral ayına nisbətən 11,5% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,5% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
Təkcə fevral ayı ərzində əhali 117,7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları alıb.