Dövlət Statistika Komitəsi tərəfindən cari ilin ilk yanvar-avqust ayları üzrə makroiqtisadi göstəricilər açıqlanıb.
FED.az xəbər verir ki, bu ilin ilk 8 ayında ötən dövrə nisbətən mədənçıxarma sənayesində ən çox istehsalı artan gips və anhidrit - 184 783,9 ton olub ki, bu da ötən dövrə nisbətən 16,2 dəfə artım deməkdir.
Ən çox anbarda qalan məhsullardan isə 45 061 min tonla birinciliyi gips və anhidrit tutur. Mədənçıxarma sənayesində ikinci yeri 3,8% azalaraq istehsalı 42 359,1 min ton olan və bunun hazırda 307 tonu anbarda qalan duz olub.
Qənd və şəkər tozu istehsalı azalıb
Qida məhsullarında ən çox istehsalı azalan məhsullardan biri də 35,7% azalma ilə qənd və şəkər tozu olub. Belə ki, bu ilin 8 ayında bu məhsuldan 106,9 min ton istehsal edilib ki, bunun da cəmi 0,5 tonu anbarda qalıb. Ən çox artan isə ət məhsulları olub ki, bu il ötən ilə nisbətən 3% artaraq 207,8 min ton olub və hazırda anbarda qalmayıb. İkinci ən çox artan üzlü süd 1,8% artıb 607, 1 min ton olub ki, bu məhsuldan anbarda qalmayıb.
Pivə istehsalı 16%-dək artıb
Ümumilikdə, içki məhsulları arasında ən çox satılanı alkoqolsuz içkilər və pivə olub, digərlərinin istehsalı artsa da daha çox hissəsi anbarda qalıb. İçki məhsullarından ən çox istehsalı artan konyak 4,4 dəfə artaraq 8,7 min dkl olub, buna baxmayaraq hazırda anbarda 27,7 min dkl konyak anbarda qalıb. Üzüm şərabı da 33,8% artıb 972,7 min dkkl olsada , anbarda qalan pay daha çox olaraq 1 008,9 min dkl olub. Pivə isə 15,8% artaraq 3 505,3 min manat olub, həmçinin ən çox satılaraq anbarda sadecə 269,4 min dkl pivə qalıb.
Həmçinin tütün məmulatlarından papiros və siqaretlərin istehsalı 4,4 dəfə artaraq 2 363,3 mln ədəd olub.
Xalça və xalça məmulatları 3,3 dəfə artıb
Toxuculuq məhsullarına gəldikdə isə kişilər üçün gödəkcələr və bleyzer istehsalı 4,8 dəfə artaraq 386,2 min ədəd olub və çox satılaraq anbarda sadəcə 5,9 min ədədi qalıb. Pambıq lifi isə 2,8 dəfə artaraq 33 222,9 ton olmasına baxmayaraq , 4 911 tonu anbarda qalıb. Xalça və xalça məmulatları 3,3 dəfə artıb 955,1 kv.m olsada 1 667,6 kv.m-i anbardadır.
Ən çox anbarda qalan məhsul izopropildir
Kimya sənayesi məhsullarından azot ondan əmtəəlik istehsalı ötən illə müqayisədə 62,2% artaraq 1 553,4 min kub m olub və anbarda 69,1 min kub m-i qalıb. Ən çox anbarda qalan məhsul izopropil olub ki, bu məhsulun təxminən 27%-i və ya istehsal olunan 7 284,9 ton məhsulun 1 962,2 min tonu hazırda anbardadır.
Rezin və plastik kütlə məmulatları arasında ən çox istehsalı bərk polipropilen borular olub ki, 2,3 dəfə artaraq 2 317,9 ton olub və bunun da 215,3 ton-u anbarda qalıb. Ən çox anbarda qalan isə plastik məmulatlar olub ki, istehsalı 62,3% artıb və anbarda qalan hissə satılan hissədən 688,8 min ədəd çox olaraq 4 094 min ədəd olub.
Hazır beton qarışığı 2,1 dəfə artıb
Tikinti materialları sahəsində istehsalı ötən ilə nəzərən ən çox artan hazır beton qarışığı 2,1 dəfə artımla 925,4 min ton olub və anbarda qalmayıb. Ümumən, tikinti materiallarının anbarda qalan hissəsi az olub.
Hazır metal məmulatlarından ən çox istehsalı artan mayelər üçün çən olub ki, istehsalı ötən ilə nisbətən 11 dəfə artaraq 1 108,8 ton olub. Bunun 40 tonu anbarda qalıb.
Məişət soyuducuları isə istehsalı 36,6% azalıb
Elektrik məhsullarında ən çox istehsalı artan güc transformatorları istehsalı 2,6 dəfə artaraq 538 ədəd olub. Amma anbarda bundan qalmayıb. Məişət soyuducuları isə istehsalı 36,6% azalaraq, 902 ədəd olub. Üstəlik anbarda artıq – 911 ədəd naqil qalıb. Televizorlar bu il istehsal olunmasada, anbarda 4 309 ədəd televizor qalıb. Elektrik paylayıcı və nəzarət cihazlarının hissələri 2,5 dəfə artaraq 95 772 ədəd olsa da anbarda heç qalmayıb.
Fəvvarə armaturunun istehsalı ötən ilə nisbətən 8,9 dəfə artaraq 87,5 ton olub.
Minik avtomobillərinin istehsalı azalıb
Minik avtomobillərinin də istehsalı 10,4 dəfə artaraq 311 ədəd olub ki, bunun da 42%-i başqa sözlə 131 ədəd anbarda qalıb.
Ən çox satılan və anbarda qalan məhsullar - SİYAHI
13:54
22 Sen 2018