2022-ci ilin yanvar-0noyabr aylarında Azərbaycanda pərakəndə dövriyyəsinin yarıdan çoxu - 51,7%-i ərzaq mallarınını alınmasına sərf edilib.
Noyabrda ən çox bahalaşan ərzaq malları - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Xəbərə əsasən, sözügedən dövrdə ölkədə pərakəndə ticarət dövriyyəsi ümumilikdə 45 milyard 111 milyon manat olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi 38 milyard 327 milyon manat olub.
Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 6 milyard 784 milyon manat və ya 17,7% artıb.
Ötən illə müqayisədə artan 6,8 milyard manatlıq xərcin böyük hissəsi – 5 milyard manatı ərzaq xərclərinin payına düşüb.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında əhali ərzaq mallarına 18 milyard 842 milyon manat xərcləmişdisə, və bu məbləğ ümumi dövriyənin 49%-ni təşkil edildisə, bu il ərzaq xərcləri 23 milyard 302 milyon manata, onun ümumi dövriyədəki payı isə 51,7%-ə yüksəlib.
Ümumilikdə ötən illə müqayisədə ərzaq mallarına xərclənən pullar 23,5% artıb.
Ərzaq xərclərini artıran əhalinin digər sahələrdəki xərclərinin ümumi xərclərdə payı azalıb.
Belə ki, ötən il içki və tütün məmulatlarına xərclənən vəsait ümumi xərcdlərin 5%-i qədər idisə, hazırda bu göstərici 4,5%-ə enib.
Geyim və ayaqqabılara xərcldənən vəsaitlər 600 milyon manat artsa da, onun ümumi xərclərdə payı 15,7%-dən 14,7%-ə enib.
Əhali elektrik malları və mebellərə 200 milyon artıq vəsait xərcləsə də, bu xərc maddəsinin ümumi xərcərdə payı 5,3%-dən 5%-ə enib.
Eyni ilə yanacağa sərf edilən vəsait 250 milyon manat artsa da, onun ümumi xərclərdə payı 6%-dən 5,6%-ə enib.
Xərclər |
Yanvar-noyabr, 2021 |
Yanvar-noyabr, 2022 |
||
Məbləğ milyon AZN |
Xərclərdə payı |
Məbləğ milyon AZN |
Xərclərdə payı |
|
Pərakəndə ticarət dövriyyəsi |
38 327,5 |
100,0% |
45 111,0 |
100,0% |
ərzaq məhsulları |
18 842,2
|
49,2% |
23 302,6 |
51,7% |
içkilər və tütün məmulatları |
1 909,0 |
5,0% |
2 051,7 |
4,5% |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
6 022,7 |
15,7% |
6 653,6 |
14,7% |
elektrik malları və mebellər |
2 040,8 |
5,3% |
2 245,6 |
5,0% |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
373,6 |
1,0% |
441,5 |
1,0% |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
851,2 |
2,2% |
969,9 |
2,1% |
avtomobil benzini və dizel yanacağı |
2 279,5 |
6,0% |
2 528,3 |
5,6% |
digər qeyri-ərzaq malları |
6 008,5 |
15,7% |
6 917,8 |
15,3% |