Azərbaycanda əhalinin ən çox istifadə etdiyi kərə yağının markası məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Araşdırma istehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini öyrənmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaq məqsədi daşıyır.
Sorğunun nəticələrinə görə, əhalinin qida rasionunda kərə yağının xüsusi çəkisi cəmi 52%-dir. Təhlillər göstərir ki, əhalinin bir qismi melanj (Tulçinka, Supersun, Kərəm və.s) və marqarin (Final, Sana və.s) yağlarını da kərə yağı kimi bilərək istehlak edir.
Nehrə yağından istifadə edənlərin son dövrlərdə artdığı müşahidə olunur. Nehrə yağından istifadə edənlərə təbii olaraq kənd rayonlarında daha çox rast gəlinib (Nehrə yağından istifadə edənlər bazasında Bakı şəhəri 41%, regionlarda 59%).
İstifadə səviyyəsinə görə markalar arasında “Vestgold” birinci olaraq siyahıya liderlik edib. Bölgələr üzrə təhlillərə nəzər yetirdikdə isə görünür ki, Bakı şəhərində “Anchor” (30,0%), regionlarda isə “Vestgold” (25,8%) ən çox istifadə olunan kərə yağı markasıdır.
“Hansı markalı kərə yağından istifadə edirsiniz” sualına cavab verən respondentlərin 28,3% “Vestgold”, 27,9% “Anchor”,21,9% “Yeni Zelandiya”, 10,0% “Doyaruşka” və “Belarus yağı/Belaya Korova”nın adlarını çəkiblər.
“Kərə yağından yemək bişirmək və ya səhər yeməyində istifadə edirsizmi” sualına cavab verən respondentlərin 52%-i “Bəli”, 34%-i “Xeyir”, “Yalnız nehrə yağı” deyənlər isə 14% təşkil edib.
Qeyd edək ki, ümumilikdə 1255 respondent arasında keçirilən sorğu Bakı və 7 regionu əhatə edib. Sorğunun əhatə dairəsi 47,1% Bakı, 8% Sumqayıt, 8% Quba, 5,4% Şirvan, 8% Lənkəran, 7,5% Mingəçevir, 8% Şəki, 8% Gəncədir.
Respondentlərin 9,7%-i 17-25 yaş, 25,4%-i 26-35 yaş, 20,3%-i 36-45 yaş, 21,5%-i 46-55 yaş, 23,0%-i 56-65 yaş aralığında olub. Sorğu iştirakçılarının 50%-ni qadın, 50%-ni kişi təşkil edib.
Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i texnikum, 36,1%-i isə ali təhsilli olub. Sorğu iştirakçılarının 76,6%-i evli, 7,8%-i dul-boşanmış, 15,6%-i isə subaylar təşkil edib.
Ailə gəliri 250 manat olan iştirakçılar (orta: 720 AZN) 9,4%, şəxsi gəlirləri 250 manat olanlar isə (Orta: 520AZN) 17,3% təşkil edib. 251 manat ailə gəliri olanlar 26,1%, şəxsi gəlirləri 500 manat olanlar isə 25,7% olub. 501 manat ailə gəliri olanlar 12,8%, şəxsi gəliri 750 manat olanlar 6,8% olub. Ailə gəliri 751 manat olanlar 13,0%, şəxsi gəliri 1000 manat olanlar 5,0% təşkil edib. Ailə gəliri 1001 manat olanlar 5,6%, 1500 manat şəxsi gəliri olanlar 1,4% olub. Ailə gəliri 1500+ manat olanlar 51,1%, şəxsi gəliri 1,4% olub.
Ailə gəlirləri barədə cavab verməyənlər 28,0%, şəxsi gəlirləri barədə cavab verməyənlər isə 10,4% olub. Sorğu iştirakçılarının 32,0%-i “Gəlirim yoxdu” cavabını verib.