2024-cü ildə Azərbaycanda dövlət qurumlarında 11 min iş yeri bağlanıb.
Azərbaycanda rəsmi olaraq 117 mindən çox kişi - İŞSİZDİR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin əmək bazarı ilə bağlı açıqladığı rəqəmlərdən məlum olur ki, 2024-cü il ərzində ölkədə 15 900 iş yeri bağlanıb.
Bağlanmış iş yerlərinin 30,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. Başqa sözlə, 2024-cü ildə qeyri-dövlət sektorunda 4786 iş yeri bağlanıb.
Dövlət sektorunda bağlanan iş yerləri isə bundan 2 dəfə artı qolub. Komitənin məlumatına görə, ötən il Azərbaycanın dövlət sektorunda 11 114 iş yeri bağlanılıb.
Statistika Komitəsinin özünün açıqladığı digər rəqəmlərə görə, 2024-cü ildə büdcə təşkilatlarında çalışanların sayı 16 min nəfərdən çox azalıb.
Belə ki, 2024-cü ilin yanvarın 1-də dövlət sektorunda 899 min nəfər çalışdığı halda, 2025-ci ili ynavarın 1-də 882,3 min nəfər çalışıb.
FED.az-ın araşdırmaları göstərir ki, işçilərin ən çox azalması nzibati və yardımçı xidmətlərin göstərilməsi (11 800 nəfər) və təhsil sektorunda (5400 nəfər) baş verib.
Belə ki, inzibati işlərdə çalışan 11 800 nəfər, təhsil sahəsində isə 5400 nəfər işini itirib.