Oktyabrın 1-i vәziyyәtinә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq üçün qeydiyyatdan keçmiş fәrdi sahibkarların sayı 1 milyonu keçib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründә hәr 4 fәrdi sahibkardan 3-ü “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq”, “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” vә “Nәqliyyat vә anbar tәsәrrüfatı” sahәlәri üzrә qeydiyyatdan keçib. Sahibkarlıqla mәşğul olmaq niyyәtindә olan fәrdi sahibkarların әsas hissәsi Bakıda (28 faiz), Aran (21,6 faiz), Gәncә-Qazax (13,7 faiz) vә Lәnkәran (9,6 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fәrdi sahibkarların 78,7 faizini kişilәr, 21,3 faizini isә qadınlar tәşkil edib.
Qadınlar “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” fәaliyyәt növündә mövcud sahibkarların ümumi sayının 30,6 faizini, “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq” fәaliyyәt sahәsindә 24 faizini, “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri” fәaliyyәt sahәsindә isә 20,8 faizini tәşkil edir. Sahibkar qadınların 30,9 faizi Bakıda, 18,1 faizi Aran, 16,1 faizi Gәncә-Qazax, qalanları isә digәr iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fәrdi sahibkarların cins tәrkibinin regionlar üzrә say bölgüsündәn aydın olur ki, Bakıda (23,5 faiz), Naxçıvan Muxtar Respublikasında (22,1 faiz), Gәncә-Qazax (25 faiz) vә Lәnkәran (21,7 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkә üzrә orta göstәricidәn yuxarıdır.