2025-ci ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 544,1 min ton ət, 2 milyon 086,0 min ton süd, 2 milyon 140,5 min ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.
FED,az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,0 faiz, süd istehsalı 0,3 faiz, ət istehsalı 0,1 faiz artmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.










