2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 327 min ton ət, 1305,8 min ton süd, 1305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub.
Azərbaycanda inflyasiya - 12,2 %-Ə DÜŞDÜ
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 1,7%, yumurta istehsalı 12%, barama istehsalı 5,1% artıb, yun istehsalı isə 2,6% azalıb. (Apa)