Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

«ZehinX»i hobbi kimi yaratmışam» -  FUAD ƏLİYEVLƏ MÜSAHİBƏ

«ZehinX»i hobbi kimi yaratmışam» -  FUAD ƏLİYEVLƏ MÜSAHİBƏ | FED.az
13:49 21 Okt 2019

Məlum olduğu kimi, bu yaxınlarda yutubun CEO-su Susan Voyçiski kanalının abunə sayı 1 milyona çatdığı üçün azərbaycanlı gəncə təbrik məktubu göndərərək ona uğurlar arzulayıb. Söhbət maarifləndirici ZehinX, OpıtX, ZihinX, SabioX kimi məşhur yutub kanallarının yaradıcısı Fuad Əliyevdən gedir. Uzun illərdir xaricdə yaşayan Fuad Əliyev TEDxBHOS konfransındakı çıxışı üçün Azərbaycanda olub.

Eləcə də bax:Qiyməti 100-2500 dollar olacaq – YATIRIM EDİB QAZANMAQ OLAR – YENİ STARTAP

FED.az biznes poprtalı «Qafqazinfo»ya istinadən Fuad Əliyelə müsahibəni təqdim edir:

- TEDx səhnəsi necə idi?

- Açığı, səhnədə bacardığım qədər insanları təəccübləndirməyə çalışırdım. Bir növ başqa tərəflərimi göstərmək istəyirdim. Reputasiyası çox yüksək olduğu üçün TEDx-ə çıxışçı kimi dəvət alanda sevinmişdim, insanda fəxr hissi yaradır. Ancaq sonradan bilmişəm ki, əslində ötən il də dəvət olunmuşam. Sadəcə mesajı görmədiyim üçün xəbərim olmayıb. 

- Bu yaxınlarda 1 milyonluq aboneçiyə görə yutub şirkətindən sizə ünvanlanmış təbriklə gündəmə gəldiz. Bəs bu kanalları yaratmaq fikri necə yaranıb?

- Bu qədər səs küy yaradacağını, izləyicisi çox olacağını gözləmirdim. Sadəcə hobbi kimi başlamışdım. İstədim insanlara yararlı olum və hər dəfə Azərbaycana qayıdanda görüm ki, nəsə irəliləyiş var. Sürətlə yayılmağa başladı və böyüdü. Bəzi insanlar mənə deyirdi ki, bu kontentlər Azərbaycan səviyyəsi üçün deyil, digər dillərə də tərcümə etmək lazımdır. 

Sırf alternativ olaraq təklif maraqlı gəldi və rus, türk, ispan kimi bir çox dildə kanallar açdım. Elə oldu ki, rus və türk kanalları gözlədiyimdən daha çox böyüdü, hazırda ən az abunəçi elə Azərbaycan kanalındadır. Türk kanalında 320 min, rus kanalında 1 milyon 30 min, ispan kanalında 140 min, Azərbaycan kanalında isə 96 min abunəçi var. 

 

Mətnləri mən yazıram, səsləndirirəm. Komandam tərəfindən dillərə tərcümə olunub hazırlanır. 

Bir müddət sonra bu fəaliyyətimin vaxtımın böyük hissəsini aldığını, şəxsi həyatıma, işimə mənfi təsirinin olduğunu gördüm. Ona görə bir nöqtədə fasilə verdim. Çünki əvvəldə dediyim kimi bu, sadəcə mənim hobbi kimi başladığım bir məşğuliyyətim idi. Bundan başqa, öz işim və vaxt ayırmalı olduğum ailəm var.

- Hamı sizə Zehinx kimi tanıyır. Bəs əsl peşəniz nədir?

- Data analizi sahəsində öz şirkətim var. Digital marketinq kampaniyalarının data analizini aparırıq. Şirkətim İrlandiyadadır, ancaq Azərbaycanda da var. Zehinx kanalını gəlir üçün açmamışam. İndiyə kimi də reklam götürməmişəm. Ancaq nə vaxtsa, fikrim dəyişə də bilər. Məsələn, rus və türk dilləri üçün reklam götürürürəm. Heç olmasa, özü-özünü saxlasın, cibimdən pul xərcləməyim. Hazırda elə bir güclü iş getməsə də, xarici dildəki kanallar gəlirlidir. Bu da kənardan passiv bir gəlirdir. 

- Uğurun sirri videoları ilə yanaşı, “başqası nə deyər?” başlıqlı insanları daha rahat yaşamağa həvəsləndirən videolarınız da var. Elə TEDx çıxışınızda da bacarığa yiyələnmək üçün insanları komplekslərdən azad olmağa çağırdınız. Xaricdə yaşayan bir azərbaycanlı olaraq kənardan öz yaşıdlarınız necə görünür?

- Hər ölkənin, hər millətin müəyyən seqmentdə olan insanları var. Sadəcə olaraq faiz nisbətləri müxtəlif ola bilər. Azərbaycanda intellektual kəsim olan insanların yaxşı baxmadığı zümrə ki var, bu, İrlandiyada da belədir, İngiltərədə də, digər ölkələrdə də. Qıraqdan baxanda onu görürəm ki, ölkəmiz ağıl cəhətdən həddən artıq potensiallıdır. Sadəcə olaraq məlumat azdır. Dilimiz imkan vermir ki, dünyada olan məlumat bazasını əldə edək. Bir də öyrənmək məsələsi var ki, bu aşağı yaşlardan uşaqlara düzgün öyrədilmir. Ancaq bizim millət istər İQ, istərsə də fırıldaq gəlmək cəhətdən kifayət qədər üstündür. Bu, böyük potensial deməkdir. Gənclərdə sürətli inkişaf var və özləri özlərinə şərait qurmağa çalışırlar. Bircə bizdə olmayan birlikdəlik necəsə yerini tutsa, insanlar bir-birini aşağı çəkmək yerinə daha çox dəstək olsa, məncə, ikinci İsrail ola bilərik. 

 

- Belə bir fikir var ki, uğur qazanmış gənclərin çoxu ölkəni tərk edir və fəaliyyətlərini ölkə kənarında davam etdirirlər. Buna səbəb nədir? Niyə Fuad Əliyev bu gün xaricdə yaşayır və oradan ölkəsi üçün nəsə etməyə çalışır?

- Etiraf etməliyik ki, gənclər üçün şərait başqa ölkələrdəki qədər yoxdur. Ölkənin kifayət qədər üstünlükləri də var, mənfi tərəfləri də. İnsanlarda xarici ölkəyə getmək xəyalı da olur. Elə bilirlər ki, xaricə gedən kimi, çamadanlarla pulu açıb onları gözləyirlər. Onsuz da ölkəsində özünə yer tuta bilməyən insan xaricdə də tuta bilmir. Adi öz işimdən misal göstərə bilərəm ki, Azərbaycanda “PayPal” ödəniş sistemində müəyyən məhdudiyyətlər var. Bu, əslində ciddi bir şeydir. Bunun kimi çox xırda faktorlar var ki, adamı başqa ölkədə müasir bizneslə məşğul olmağa vadar edir. Xarici ölkədə təhsil almaq dünyagörüşünə müsbət təsir edir. Xarici ölkədə təhsil deyəndə Azərbaycandan kənarda nəzərdə tutmuram. İrland da başqa ölkədə təhsil ala bilər. Azərbaycanda bir qədər kim nə deyər düşüncəsi, basqılar da var. Gənclər başqa ölkədə öz ayaqları üstündə, daha azad yaşayan zaman rahatlıq tapır və elə orada qalmaq istəyir. Mən elə deyiləm. 

- İnsanlar nədənsə iş həyatına atıldıqdan sonra bədii desək, yaşamağı unudurlar. Siz bütün bu işlərinizlə yanaşı, həm də mahnı oxumağı, bitbox-la məşğul olmağı sevirsiz.

- Əslində ölkədə əylənməyi sevən kifayət qədər insan var. Ancaq birinci növbədə ailə basqısı, daha sonra qıraqdan necə görünər düşüncəsi ilə bunu içlərində boğmağa məcbur olurlar. Tanıdığım o qədər insan var ki, dövlət işinə girdikdən sonra ancaq kostyumda gəzir. Hətta gülmürlər belə. Kim ki beynində kompleksləri qıra bilir, dünyaya bir dəfə gəldiyini anlayır, o insanlar mühitdən asılı olmayaraq həyatlarını yaşamağı bacarırlar.

- Çıxışınız zamanı öyrəndik ki, bir zaman hamının maraqla axtardığı “mındar dönər” səhifəsinin admini də elə siz olmusuz.

- Bəli, hər kəs fərqli insan gözləyirdi, ancaq Zehinx kimi tanınan adam olaraq etiraf edirəm ki, o səhifənin də idarəçisi olmuşam. Bunlar tam absurd işlərdir. Heç kimin ağlına gəlməzdi ki, o insan mənəm. Ancaq məqsədim o idi ki, bununla beyinlərdəki stereotipləri qırım.

- “Vodofone” şirkətinin meneceri Emin Quliyev də xaricdə yaşayan məşhur gənclərimizdəndir. Ötən illərdə evlilik üçün ölkəmizə gəlmişdi, ancaq bəzi şişirdilmiş adət-ənənələri görüb yüksək qiymətlərdən şikayətlənmişdi.

- Bu, artıq adət-ənənə deyil, sadəcə insanın göstəriş ilə öz içərisindəki eqonu tətmin etməsidir. Adətləri ucuz da etmək olar, baha da. Mən adətlərimizə əla baxıram, xoşum da gəlir. Xınayaxdı da olsun, heyif ki, oğlanlar iştirak edə bilmir. Nişanı, toyu, qoyun aparmağı hamısı bizim mədəniyyətimizdir, niyə görə itirməliyik? Sadəcə kimsə pulunun bol olduğunu və yaxud bəhsəbəs girib geri qalmadığını göstərmək istəyirsə, artıq başqa məsələ. Mən özüm də burada evlənmişəm, kifayət qədər də bütün adət-ənənələrə riayət etməyə çalışmışıq. 

«ZehinX»i hobbi kimi yaratmışam» -  FUAD ƏLİYEVLƏ MÜSAHİBƏ | FED.az«ZehinX»i hobbi kimi yaratmışam» -  FUAD ƏLİYEVLƏ MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • «ZehinX»
Paylaş

Digər xəbərlər

Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Startaplar 22 Noy 2023
Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
Startaplar 27 Okt 2023
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startaplar 26 Okt 2023
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
Startaplar 18 Okt 2023
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Startaplar 11 Okt 2023
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Startaplar 14 Sen 2023
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 13 Sen 2023
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Startaplar 18 Avq 2023
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 7 Avq 2023
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycanda I yarımildə 13 KOB subyektinə -  “Startap” Şəhadətnaməsi Verilib
Startaplar 3 Avq 2023
Azərbaycanda I yarımildə 13 KOB subyektinə - “Startap” Şəhadətnaməsi Verilib
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Startaplar 3 Avq 2023
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Startaplar 21 İyul 2023
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA
    21:02 4 Dek 2023
  • Unicapital" işçi axtarır - VAKANSİYA
    21:01 4 Dek 2023
  • "A-Group sığorta şirlkəti" işçi axtarır - VAKANSİYA
    20:58 4 Dek 2023
  • "Access Bank" işçi axtarır - VAKANSİYA
    20:57 4 Dek 2023
  • Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 1200-1500-1700-2300-2500 MANAT - VAKANSİYALAR
    20:46 4 Dek 2023
  • Azərbaycanda yeni yaradılan - AGENTLİYƏ SƏDR TƏYİN EDİLDİ
    20:43 4 Dek 2023
  • "Diamed Co." işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:37 4 Dek 2023
  • "Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 3000-4000 MANAT - VAKANSİYALAR
    20:34 4 Dek 2023
  • "Norm" işçilər axtarır - VAKANSİYALAR
    20:30 4 Dek 2023
  • "Baku Export" işçi axtarır - MAAŞ 700 MANAT + BONUS - VAKANSİYA
    20:27 4 Dek 2023
  • "SAF Pharma" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    20:25 4 Dek 2023
  • "PASHA Holding" yüksək maaşla çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:16 4 Dek 2023
  • Azərbaycan şirkətindən yenilik: Hətta telefon olmadıqda belə məlumat göndərmək oldu - Bu necə mümkündür? - FOTO - VİDEO
    19:23 4 Dek 2023
  • “Masdar” Azərbaycanda “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalını araşdırır
    18:22 4 Dek 2023
  • MN: Azərbaycan Ordusunun Ermənistanın mövqelərinə atəş açması barədə məlumat yalandır
    18:20 4 Dek 2023
  • Bakıda nəqliyyata dair beynəlxalq konfrans - KEÇİRİLƏCƏK
    18:17 4 Dek 2023
  • Tam istədiyiniz ulduz - Tam DigiCard-la!
    18:04 4 Dek 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:01 4 Dek 2023
  • "Unicapital İnvestisiya Şirkəti"ndən bazarların - HƏFTƏLİK ANALİTİKASI
    17:55 4 Dek 2023
  • Azərbaycanda saç boyası - İSTEHSAL OLUNACAQ
    17:37 4 Dek 2023
  • Suqovuşanda transformator məntəqəsini 1,5 milyon manata - BU ŞİRKƏT TİKƏCƏK
    17:28 4 Dek 2023
  • Azərbaycanda son bir həftədə koronavirusdan - 4 NƏFƏR VƏFAT EDİB
    17:28 4 Dek 2023
  • III rübdə nəqliyyat sektorunda 73 min nəfər çalışıb - İŞÇİ SAYI MİN NƏFƏRDƏN ÇOX AZALIB
    17:21 4 Dek 2023
  • "Naxçıvan Bank"ın kredit portfeli - "Kapital Bank"a Ötürülüb
    17:17 4 Dek 2023
  • İpoteka Fondu 6 ayda 38 milyon manat faiz gəliri - ƏLDƏ EDİB
    17:07 4 Dek 2023
  • Bölgə otellərində Yeni İl şənliyi qiymətləri – SİYAHI, MƏBLƏĞLƏR
    16:58 4 Dek 2023
  • “ASAN müraciət”in fəaliyyətində iştirak edən qurumların siyahısı genişləndirilib
    16:50 4 Dek 2023
  • Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tezliklə Birgə Müəssisə - YARADACAQ
    16:44 4 Dek 2023
  • Azərbaycanda süni intellekt sahəsi üzrə yeni dövlət standartı - QƏBUL EDİLİB
    16:35 4 Dek 2023
  • 10 ayda Azərbaycana gələn turistlərin əskəriyyəti - ÖZÜNÜMƏŞĞULLAR OLUB
    16:33 4 Dek 2023
  • “Nobel Energy Management” MMC - MƏHKƏMƏYƏ VERİLİB
    16:23 4 Dek 2023
  • Ən sərfəli istehlak krediti verən – AZƏRBAYCAN BANKLARI - ŞƏRTLƏR, SİYAHI 
    16:22 4 Dek 2023
  • Bakıda bir sıra dönərxanalar bağlandı - SİYAHI
    16:18 4 Dek 2023
  • “Bakumart” MMC-yə inzibati xəta protokolu - TƏRTİB OLUNUB
    16:12 4 Dek 2023
  • Danimarka şirkəti Azərbaycanda külək turbinləri istehsal edə bilər
    16:08 4 Dek 2023
  • "Baku Steel Company" QSC ekoloji layihələrini davam etdirir - FOTOLAR
    16:00 4 Dek 2023
  • Sumqayıtda təmizlik xidməti ilə bağlı - İKİ TENDER
    15:57 4 Dek 2023
  • AKİA və "Qazax-Konserv" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:48 4 Dek 2023
  • III rübdə nəqliyyat sektorunda yük daşınması 6% artıb
    15:39 4 Dek 2023
  • Tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib
    15:35 4 Dek 2023
  • DİN-dən kiberdələduzluqla bağlı növbəti müraciət - VİDEO
    15:32 4 Dek 2023
  • Yeni nazir Aparat rəhbərini - İŞDƏN ÇIXARDI
    15:21 4 Dek 2023
  • On ayda turistlərin böyük əksəriyyəti Azərbaycana istirahət, əyləncə məqsədilə gəlib
    15:20 4 Dek 2023
  • ARDNF noyabrda valyuta hərraclarındakı satışın - 55%-Nİ TƏMİN EDİB
    15:15 4 Dek 2023
  • Sakinlər "Tarqovı"dakı restoranın qəlyan tüstüsündən narazılıq ediblər - FHN İŞƏ QARIŞDI
    15:08 4 Dek 2023
  • Hərbi və ya alternativ xidmətə çağırılan işçiyə nə qədər - MÜAVİNƏT ÖDƏNİLİR?
    14:58 4 Dek 2023
  • "Gəncə Avtomobil Zavodu" və "Azəralüminium" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    14:51 4 Dek 2023
  • 9 ayda Avropa ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını - 2% ARTIRIB
    14:44 4 Dek 2023
  • "Property İnvestments" şirkəti "AqrarKredit" BOKT-u - MƏHKƏMƏYƏ VERİB
    14:43 4 Dek 2023
  • "Yeni tikinti kimyəviləri zavodunun tikintisi gələn il tamamlanacaq"
    14:38 4 Dek 2023
  • Bakıda külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
    14:35 4 Dek 2023
  • SOCAR rəhbərliyinin - BONUSLARI AÇIQLANDI - MƏBLƏĞLƏR
    14:34 4 Dek 2023
  • SOCAR öz gəlirlərinin 90%-ni - AZƏRBAYCANDAN KƏNARDA QAZANIR
    14:31 4 Dek 2023
  • Əl yükündən 13 xəz dəri məmulatları, 6 “iPhone” çıxdı
    14:28 4 Dek 2023
  • “Körpü-Bina-Tikinti” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    14:15 4 Dek 2023
  • Azərbaycanda kartof və şəkər çuğundurunun məhsuldarlığı - AZALACAQ
    14:14 4 Dek 2023
  • SOCAR yarım ildə 6 milyard manata yaxın – BORC QAYTARIB – RƏQƏMLƏR
    13:47 4 Dek 2023
  • Neft Fondunun valyuta satışı - 42 FAİZDƏN ÇOX AZALIB
    13:17 4 Dek 2023
  • Prezident yol tikintisinə 17 milyon manat ayırdı - SƏRƏNCAM
    13:14 4 Dek 2023
  • FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib - VİDEO
    13:04 4 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.50▼-0.90% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.73▼-1.51% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 5.60▼-0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73