Silikon Vadisinin yeni favorit startapı var.
İrlandiyadan olan Patrik və Con Kollison qardaşlarının yaratdığı yeni nəsil ödəniş sistemi Stripe Silikon Vadisinin ən bahalı startapına çevrilib.
Rəqəmsal ödənişər üzrə ixtisaslaşmış şirkət son məlumatlara görə, daha 600 milyon dollar vəsait cəlb edib. Bununla da onun qiyməti 95 milyard dollara çatıb və o Vadinin ən bahalı startapı olub.
Stripe — şirkətlərə onlayn ödənişi qəbul etməyə imkan verən əla ödəniş servisidir. İrlandiyalı emiqrant qardaşlar Patrik və Con Kollisonların 2010-cu ildə yaratdığı proqram təminatı şirkətlərin bank sisteminə qoşulmasına imkan verir. Şirkətlər bu proqram təminatını öz sayt və mobil tətbiqlərinə inteqrasiya edib rahatca ödənişləri qəbul etməyə başlayırlar. Ödənişləri qəbul etmək üçün sadəcə proqramı yükləmək lazımdır. Bu xidmət beynəlxaq debet və kredit kartlarını qəbəl etməyə imkan verir. Bunlar Visa, Mastercard, American Express, Discover, Diners Club və JCB-dir.
Stripe öz xidmətinin müqabilində kredit kartı ilə aparılan hər əməliyyatdan 2,9% komissiya haqqı tutur. Əməliyyatın həcmi artdıqca komissiya haqqı da azalır.
Yeniliyin nə qədər faydalı olduğuun və yerinə düşdüyünü bir göstəricidən görmək mümkündür.
2016-cı ildə internetdən nəsə alan amerikalıların yarısı bunu Stripe vasitəsilə ediblər (hərçənd onların bundan xəbərləri olmayıb). Cəmi 4 il sonra – 2020-ci ildə isə artıq amerikalıların 90%-i bu xidmətin istifadəçisi olublar.
Stripe-nin müştəriləri arasında Amazon, Salesforce, Microsoft, Shopify, Uber və Zoom kimi iri şirkətlər var. Bunlardan azı 50-si şirkətdə ildə azı 1 milyard ödəniş dövr etdirir.
2020-ci ildə Stripe Avropadan 200 min yeni müştəri cəlb edib və saniyədə orta hesabla 5 min ödəniş qəbul edib.
Stripe Avropaya böyük vəspit yatırmaq və İrlandiyada 1000 yeni iş yeri açmaq niyyətindədir. Yeri gəlmişkən, 2020-ci ildə İrlandiyanın Xəzinədarlıq idarəsi də bu startapa 50 milyon yatırmışdı. Amma qardaşlara bu pul vacib lazım deyildi...
«O pulu sadəcə «qara gün fondu» kimi kənarda saxlayırdıq»-deyə qardaşlar bildirirlər.
Hələ İrlandiyada qardaşlar fitri istedadları ilə seçiliblər. Onların təhsil aldıqları sinifdə 20 nəfər uşaq vardı və qardaşlar dərsin asanlığından darıxaraq dərsdə kitab oxuyurdular.
Məktəbin sonuncu ilini Partik evdə oxudu ona görə də standart testləri yaşıdlarından tez verərək məktəbi 16 yaşında bitirdi. «Yəqin ki o İrlandiyanın ən ağıllı oğlanıdır» deyə yerli qəzetlərdən biri Patrikdən yazmışdı. O hələ 16 yaşında proqramlaşdırma dili və süni intellekt texnologiyasını yaratmışdı.
Adətən 2 il davam edən 30 testi Patrik cəmi 20 günə tamamladı və 20 yaşında Massaçuset Texnologiya İnstitutuna daxil oldu. Özü də Partik instituta hələ 13 yaşında verdiyi Sa imtahanının nəticəsinə əsasən qəul olunmuşdu. Con da onun ardınca Amerikaya üz tutdu və Harvarda qəbul olundu.
Onlar boş vaxtlarında iPhone üçün mobil tətbiqlər yazırdılar. Onlardan ən uğurlularından biri cəmi 8 dollara olan Vikipediyanın oflayn variantı idi. Eləcə də onlar eBay dakı auksionları idarə etmək üçün sistem yaradıb 2008-ci ildə 5 milyon dollara satdılar.
Onlayn ödənişlər bazarında baş verən proseslər şirkət üçün əsl «cənnət» yaradıb: 2019-cu ildə bütün ticarətin 10%-i bu şəbəkə üzərindən aparılırdısa, 2020-ci ildə bu rəqəm 14%-ə yüksəlib.