Bir qədər əvvəl Dövlət İnnovasiya Agentliyinin tərkibinə verilmiş, «Barama» İnnovasiya və Sahibkarlıq Proqramı Mərkəzinin fəaliyyətində dəyişikliklər baş verib. Qurumun işi yenidən təşkil edilib və starapların dəstəklənməsi üçün yeni akselerasiya proqramı elan edilib.
Mərkəzin koordinatoru Zaur Ünsizadə FED.az-a müsahibəsində yeni proqram və mərkəzin fəaliyyətindəki dəyişiklikləri açıqlayıb.
- Zaur, zəhmət olmasa, əvvəlcə «Barama»dakı dəyişikliklər barədə məlumat verin. Mərkəzin iş prinsipində hansı yeniliklər var?
- Biz çalışırıq ki, «Barama» startaplara aktiv dəstək versin, passiv bir akselerasiya proqramı olmasın. Yəni kimsə gəldi, sadəcə burada oturdu, belə istəmirik. Burada startap yaradıcılarına mentorlar kömək edəcək, biz indi mentorların bazasın hazırlayırıq və onları online platforma formasında startapçılara təqdim edəcəyik. Yəni məsələn, onlayn platformada 50-yə yaxın mentor varsa, startapçıların problemləri olan zaman onlar sərbəst olaraq istədikləri mentora yazıb məsləhət ala biləcəklər. Onlayn platformanın yaradılması ona görə faydalıdır ki, startapçılar və mentorların real həyatda görüşməsi çətin olsa da, internet vasitəsilə daha rahat ünsiyyət qura biləcəklər.
Həmçinin biz də həmişə onların yanında olacayıq və mentordan başqa «workshop»larda, inkubasiya proqramının özündə dəstək verəcəyik. Bizdə əvvəllər dəstək belə idi: əvvəl inkubasiya, sonra akselerasiya. Ümumiyyətlə, Azərbaycanda sıfırdan ideya olan tərəf həmişə unudulur, ona görə də, bizdə layihələr çox çətinliklə tapılır. Çünki yenilər gəlmir və hər il akselelasiya proqramı olsa da, burada eyni adamlar iştirak edir.
- İndi iş prinsipi dəyişir? Yəni indi birinci akselerasiya mərhələsi olacaq?
- Bəli, yuxaorıda deyilən səbəblərə görə, biz akselerasiyanı birinci etdik. Pre-akselarasiyanın əsas işi odur ki, ideyam var, komandam var, hansıkı texniki baxımdan bunu edə biləcək. Bu zaman əvvəlcə problemi təyin edir, sonra isə onu həll edirik. Bu prosesdə, ikinci məsələ kimi biz artıq minimal məhsulumuzu qururuq. Bundan sonra, başlayırıq ilkin satışa. İlkin satışa başlayan kimi pre-akselarasiya proqramının sonu gəlir. Yəni bu göstərir ki, artıq bu layihədə inkişaf var. Bundan sonra biz bu layihəni keçiririk passiv inkubasiya proqramına. Bu dövrdə biz həmin lahiyəyə partnyorlar tapırıq və s.
Əvvəl isə belə idi – startapı olana deyirdik ki, minimal məhsulun yoxdursa gəlmə. Halbüki startapda minimal məhsuldan əvvəlki dövrlər də var. Bizdə startapa çoxları minimal məhsulla gəldiklərinə görə, çox şeyləri itirirlər.
- Məsələn nəyi itirirlər?
- Məsələn heç vaxt gedib sadə adamlardan sorumurlar ki, siz mənim məhsulumdan istifadə edərsizmi? Götürüb gözəl bir vebsayt düzəldirlər, amma reallıqda heç kimə lazım olmur. Veb developera o qədər pul verməkdənsə ilkin formasını düzəldib testdən keçirmək olardı. Ona görə də akselarasiya proqramında birinci «valideyşın», ikinci «bildinq», 3-cü isə satış təşkil edir.
- «Barama»nın özündə, idarəçiliyində hansı dəyişikliklər var?
- Biz indi tam olaraq yenidən formalaşırıq. Ümumi olaraq «Barama» artıq İnnovasiya Agentliyinin tərkibindədir, yenə də mən və Fidan xanım tərəfindən idarə edilir. Mən sahibkarlıq və biznes inkubasiya mərkəzində, Fidan isə «İnnoland» inkubasiya mərkəzində işləyib və biz buraya dəvət almışıq. Çalışacağıq ki, hər şeyi daha yaxşı formada edək. Ona görə də, işçi sayına götürsək bu iki daimi işçidir. Sözsüz ki, bizdə İnnovasiya Agentliyində departamentlər var. Bunlar bines inkişafı, qrant, HR, PR və texniki departamentlərdir.
- Yeni akselerasiya proqramı üçün əlavə işçilər cəlb edəcəksiniz?
- Biz indi çalışırıq «Barama»da olan rezidentləri yenidən gözdən keçirək, baxaq kim nə yerdədir. Akselerasiya prosesi başlayanda əlavə ekspertlər gəlib bizimlə birgə işləyəcəklər. Çünki biz işin biznes tərəfini deyə bilərik, amma texniki tərəfləri, sözsüz ki, peşəkarlara həvalə olunur. Ona görə, akselarasiyaya başlayan mentor kuratorların sayı 3 olacaq.
- Gələk akselerasiya proqramına – şərtləriniz necədir? Bu proqrama hansı startapçılar qoşula bilərlər?
- Akselerasiya proqramının elanını vermişik. Bir də xatırladım, dedlayn noyabrın 22-dədir. Startapçılar bu müddətə qədər lalyihələri ilə müraciət edə bilərlər. Müraciət tarixi başa çatdıqdan sonra iştirakçıları seçməyə başlayacağıq. Çox güman, dekabrın sonu və ya yanvarda biz artıq akselarasiya proqramının özünə başlayacağıq. Akselarasiya proqramı 3 ay davam edəcək. Bu proqram 3 hissədən ibarətdir. Əsas hissələr – birinci, problemin təyin olunması, ikinci hissə minimal məhsulun yaradılmasıdır.
- Sizə müraciət edənlər artıq məhsulu yaratmalıdırlar, yoxsa sadəcə ideyası olanlar da gələ bilər?
- Bizə hətta sadəcə ideyası, prototipi olanlar da müraciət edə bilər. Startapları istənilən mərhələdə qəbul etməyə hazırıq. Amma burada yeganə tələb - istəyirk ki, iştirakçıların komandası olsun. Komanda bizim üçün çox mühümdür. Komandada minimum bir nəfər təsisçi olmalıdır. Üzvlərdən birinin biznes bilikləri, ikinci üzvün isə mütləq texniki bilikləri olmalıdır. Əgər biz daha çox İT layihələrdən danışırıqsa mütləq bu şəxs vep developeri olmalıdır. Proqram mobil tətbiqdirsə, komanda da İOS və ya Android üzrə proqramçı olmalıdır.
- Startapların və komandaların seçimi necə aparılacaq?
- Seçim ümumi olaraq 3 hissədən ibarət olacaq. Bizdə avtomatik bal sistemi var. Onlar bizim sosial şəbəkələrimizə daxil olacaqlar xüsusi linkə və qeydiyyatdan keçəcəklər. Orda bir neçə sual var onları cavablandırarkən avtomatik onlar bal alacaqlar və onlar A,B, C kateqoriyalara bölünəcklər. Kateqoriya ona görə, bölünəcək ki, minimal məhsulu varmı yoxsa yox, prototipi varmı yoxsa, və ya sadəcə ideyadır yoxsa yox. Daha sonra biz başlayacayıq onlarla skayp və ya birbaşa görüşlər təyin edəcəyik. Ən yaxşıları seçəndən sonra. Bir də əlavə olaraq xarici, müstəqil bir mütəxəssisi çağıracayıq, hansı ki, öz fikrini deyəcək. Ümumi olaraq biz akselarasiya proqramına 7-10 komanda seçməliyik. Misal olaraq 50 komanda qeydiyyatdan keçdi, biz onlardan 30-20-ni intervyuya çağıracayıq, onlardan da 7-10 komanda seçəcəyik. Bu komandalar 3 ay ərzində intensiv olaraq gündəlik bir proqramda iştirak edəcklər.
- Seçimdən uğurla keçən layihələrə nə qədər pul ayırmağı düşünürsüz?
- Çox güman ki, biz hər komandaya 25 min manatadək ayırmağı düşünürük. Ola bilər ki, kimsə akselarasiya proqramında dözə bilməsin və çıxsın. Ona görə, biz təxmini nəzərəmizdə tutmuşuq ki, 5-7 ən güclü komanda hər komanada 25 min manatadək vəsait alacaqlar.
- Yeni startapları xarici bazara çıxarmaq fikriniz var?
- Bizim planımız da odur ki, onları qlobal bazara çıxaraq. Yerli bazar kiçikdir. Bu akselarasiya proqramında təkcə bunlar olmayacaq, 3-cü mərhələdə biz bunları mübadilə edəcəyik. Bizim fikrimiz odur ki, seçilən layihələr artıq hansısa xarici ölkədə daha güclü akselerasiya proqramına başlasınlar.
- Yaxın gələcəkdə Azərbaycanda startaplar üçün güzəştlər də olacaqmı?
- Startaplara maraqlı bir töhvə olacaq. Onlar rezidentlik qazanacaqlar. Elə yox ki, onlar «Barama»ya gəldi, mən dedim ki, bundan xoşum gəlir və dedimki al bu sənədi imzala, qətiyyən yox. Əsl bir rezidentlik, hansı ki, onu 7 il müddətinə vergidən azad edəcək. İndi biz düşünürük ki, hibrid startaplar da gəlsin. Hibrid startplar başqa startapların gəlib Azərbaycanda öz ofislərini açması və yerli vətəndaşlardan işçilər cəlb etməsidir. Artıq bu işə başlamışıq, İsraildən, Belarusiyadan, Ukraynadan gələnlər var. Bunu bizim departament edir. Bizim startaplar da gedib o ölkələrdə işə başlayacaqlar. Hibrid startplar imkan verəcək ki, burda hər bir startapların araşdrıma ofisləri yaransın. Bizim uşaqlar gedib bir növ orda təcrübə keçəcəklər. Biz istəyirik ki, regionda hab olaq. Yəni bu sahədə həm Gürcüstanı, həm də Ermənistanı qabaqlayaq. İndi bunu etmək üçün imkanlarımız var.
- Startaplar üçün başqa hansı yeniliklər olacaq?
- Hazırda startap vizaların üzərində işləyirik. Bu vizalar xarici startapçıların ölkəmizə gəliş gedişini asanlaşdıracaq və vaxi itkisinə imkan verməyəcək. İnnovasiya agentliyi «eko sistem» iştirakçısı deyil və inkubasiya mərkəzi kimi işləyə bilməz. O sadəcə göstərir ki, belə olsa daha yaxşıdır. Bu polismeykerdir, qanunları axtarır. Bu monopolistik bir yer deyil ki, hər şeyi özü etsin və başqa oyunçuları çıxartsın. Burda əsas odur ki, mən onu edirəm və göstəririəm ki bu yaxşıdır və siz də bundan bəhrələnirsiz. Startegiya budur.